Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-747/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Borclunun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İcra məmuru Vüsal Umarovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3790/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İcra məmuru Vüsal Umarov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3790/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icra olunması üçün izah verilməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Borclunun nümayəndəsi və vəkili X2 məhkəmə iclasında təqdimatın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İcra məmuru Vüsal Umarov ərizəylə müraciət edərək təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəmə iclasına gəlməmiş, onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. Yuxarıda istinad edilən müddəanın tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, icra icraatı qaydasında müraciət edilmiş ərizələrin baxılmamış saxlanılma qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində tənzimlənmədiyindən, hazırkı mülki iş üzrə analogiya üzrə iddia ərizəsinin baxılmamış saxlanılma qaydasını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, icra məmuru təqdimatın qaytarılması barəsində ərizə verdiyindən, təqdimat baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İcra məmuru Vüsal Umarovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3790/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icra olunması üçün izah verilməsi ilə bağlı təqdimatı baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-747/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-747/2025
01.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver