Məhkəmə qərarları › İş №8(011)-752/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-752/2023

20.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-752/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, X1 iştirakı ilə X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-6897/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(011)-6897/2022 nömrəli qətnaməsinə əsasən cavabdeh X2 1958,59 manat əsas borc, 174,15 manat faiz borcu, 4,84 manat cərimə manat borcu olmaqla, ümumilikdə 2137,58 manat məbləğində borc və ödənilmiş 36,26 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB -nin xeyrinə ödənilməsi qət edilmişdir.

2. Daha sonra xx.xx.2023-cü il tarixdə borclu X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(011)-6897/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1958,59 manat əsas borc, 174,15 manat faiz borcu, 4,84 manat cərimə manat borcu olmaqla, ümumilikdə 2137,58 manat məbləğində borc və ödənilmiş 36,26 manat dövlət rüsumunun hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

Ərizəçinin xahişi:

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli e-2(011)-6897/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş Ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankına olan borcun hissə-hissə ödənilməsi barədə qərar qabil edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatı:

4. Məhkəmə iclasında borclu X4 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, borc öz adına alınmışdır amma pulu alanı tanımır, həmin şəxsi axtarsa da tapa bilməyib. Maddi imkanı zəfdir, hal-hazırda kirayədə qalır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.

5. Tələbkar ləğv prosesində olan QSC «Bank Standard» KB-yə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

Tətbiq edilən hüquq: 6.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası : 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 231.1. işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.4. qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilər. 231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.

8. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 oktyabr 2005-ci il tarixli Qərarı

12. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.

İşə baxan məhkəmənin mövqeyi:

9. Məhkəmə ərizəçinin izahatını dinləyib, tələbkarın etirazını nəzərdən keçirib, ərizəni və ərizəyə əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir.

10. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

11. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(011)-6897/2022 nömrəli qətnaməsinə əsasən cavabdeh X2 1958,59 manat əsas borc, 174,15 manat faiz borcu, 4,84 manat cərimə manat borcu olmaqla, ümumilikdə 2137,58 manat məbləğində borc və ödənilmiş 36,26 manat dövlət rüsumunun hissə-hissə ödənilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcək. Eyni zamanda tələbkar borcun hissə-hissə ödənilməsi ilə bağlı öz razılığını bildirməmişdir və borclu tərəf məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş borcun icra edilməsi istiqamətində heç bir real addım atmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.

12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. X1 Bakı şəhəri Xətai Rayon xx.xx.2022-cü il tarixli e-2(011)-6897/2022 nömrəli qətnaməsinə əsasən cavabdeh X2 1958,59 manat əsas borc, 174,15 manat faiz borcu, 4,84 manat cərimə manat borcu olmaqla, ümumilikdə 2137,58 manat məbləğində borc və ödənilmiş 36,26 manat dövlət rüsumunun hissə-hissə ödənilməsinə (qətnamənin hissəhissə icrasına) dair ərizəsi rədd edilsin.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar