Məhkəmə qərarları › İş №8(011)-754/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-754/2023

16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-754/2023 16.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu məxsus avtomobillərin üzərinə həbsin qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova - Borclu məxsus “Chery Fulwin A13” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 2959/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1304 manat məbləğində pul vəsaiti və 33,4 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “Chery Fulwin A13” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C220” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkarın nümayəndəsi X2 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat qismən əsaslıdır. Buna görə də təqdimat qismən təmin edilməlidir. Belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışından görünür ki, “Chery Fulwin A13” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu məxsusdur. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-2959/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1304 manat məbləğində pul vəsaiti və 33,4 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat qismən əsaslıdır. Belə ki, göstərilən təqdimat mahiyyət etibarı ilə əsaslı olsa da, üzərinə həbs qoyulması tələb olunan avtomobillərin hər ikisinin üzərinə həbsin qoyulmasının zərurəti təqdimatda əsaslandırılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, göstərilən avtomobillərdən yalnız birinin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus “Chery Fulwin A13” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar