Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-758/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1092/2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsi ilə ondan tələbkarın xeyrinə tutulması qət olunan 2801 manat məbləğində pulun hər ay 50 manat olmaqla hissəhissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu ərizədə qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC ona qarşı “pulun tutulması'’ tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixli müqavilə üzrə 55,40 manat əsas, 5,60 manat cərimə, xx.xx.2020ci il tarixli müqavilə üzrə 2320 manat əsas, 232 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 354,70 manat əsas, 35,30 manat cərimə olmaqla, cəmi 3003 manat borcun və 50.03 manat ödənilmiş dövlət rüsumunun ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1092/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 55,40 manat əsas, 5.60 manat cərimə, xx.xx.2020ci il tarixli müqavilə üzrə 2320 manat əsas, 30 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 354,70 manat əsas, 35,30 manat cərimə olmaqla, cəmi 2801 manat borc və 46,52 manat ödənilmiş dövlət rüsumunun ondan alınaraq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 3,51 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4734/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1092/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1092/2022 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, daha sonra icra işi aidiyyəti üzrə Abşeron Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qətnamədə göstərilən məbləğin “İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən 2 ay müddətində ödənilməsi tələb olunur. Lakin onun həmin müddətdə qeyd olunan məbləğdə olan borcu ödəmək imkanı yoxdur. O, heç bir yerdə işləmir və gəliri yoxdur. Əvvəllər polis əməkdaşı işlədiyi müddətdə borcundan ödənişlər edirdi. Lakin işdən çıxdıqdan sonra həmin borcu ödəyə bilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1092/2022 saylı qətnaməsində göstərilən məbləği aylıq olaraq hissə-hissə ödəməyə çalışır. Onun həmin qətnamədə göstərilən məbləği ödəmək niyyəti vardır. Lakin işləmədiyinə və daimi gəliri olmadığına görə borcunu tam ödəyə bilmir. Bu baxımdan hazırki ərizə ilə məhkəməyə müraciət edir. Tərəflər sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunvericilik qətnamə çıxarıldıqdan sonra, məzmununa toxunmadan qətnaməni çıxarmış məhkəmə tərəfindən onun icra olunması qaydasının dəyişdirilməsi ilə bağlı müəyyən imkanları da müəyyən etmişdir. Bunlar 3 formada- qətnamənin icrasına möhlət vermə, qətnaməni hissə-hissə icra etdirmə və qətnamənin icra üsulunun və qaydasının dəyişdirməsi qaydasında ola bilər. Qətnamənin icra üsulunun bu formalara uyğun dəyişdirilməsinin başlıca şərti isə işdə iştirak edən şəxslərin əmlak vəziyyəti və digər hallarla (məsələn, qətnamə çıxarıldıqdan sonra əvvəlki vəziyyətin dəyişməsi və bu halın qətnamənin icrasında çətinliklər yaratması və s.) bağlı ola bilər. Ərizəçi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1092/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə imkan verən qanunla müəyyən edilmiş əsaslarını və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin borclu əvvəlki məhkəmə iclasında borcun hər ay 250 manat olmaqla hissə-hissə icra edilməsi barədə razılıq əldə olunması üçün Tələbkar MMC-yə müraciət edəcəyini bildirsə də, tələbkarın xx.xx.2022-ci il tarixli məktubuna əsasən borclu bu məsələ ilə bağlı Tələbkar MMC-nin ofisinə müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X3 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-758/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-758/2022
23.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver