Məhkəmə qərarları › İş №8(011)-759/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-759/2022

26.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-759/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, borclu xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq qərar qəbul edilmişdir. Lakin həmin qərardan kassasiya şikayəti vermək hüququ var, ona görə də hazırki təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə borclunun ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, təqdimat baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, təqdimatın baxılmamış saxlanılması üçün əsaslar “İcra haqqında” AR Qanunda nəzərdə tutulmamışdır. Lakin işin hallarından görünür ki, borclu Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(001)-309/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, onun şikayətinə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Odur ki, məsləyə analogiya üzrə Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq edilməklə təqdimat baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı baxılmamış saxlansın. Təqdimat ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar