Məhkəmə qərarları › İş №8(011)-764/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-764/2025

06.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-764/2025 06.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, X2 nümayəndəsi-vəkili Vəkil1, Tələbkar nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, X10 tərəfindən icra məmurunun hərəkətlərindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X10 şikayət ilə məhkəməyə müraciət edərək, Xətai rayon İcra Şöbəsini İcra X20 tərəfindən borclu X7 17000 manat məbləğində borcunun olmasınına dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarilxi qərarların, o cümlədən xx.xx.2024-cü il tarixli №xx/xx-197437/13 saylı sərəncamın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu-şikayətçinin nümayəndəsi-vəkili şikayəti müdafiə edərək bildirmişdir ki, X3 Rəşxəndə Cavanşir qızına qarşı nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai rayon Məhkəməsinin e- 2(011)- 5702/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X15 anası Tələbkar yanında qalması müəyyən edilmişdir. xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilçəsi qət edilmişdir. Bundan sonra Xətai rayon İcra Şöbəsini İcra X20 xx.xx.2021-ci il tarixli qərarı ilə borcu X11 tərəfindən aliment ödənilməsinə dair qərar qəbul etmişdir. Sonradan xx.xx.2025-ci il tarixində Xətai rayon İcra Şöbəsini İcra X20 yeni qərar qəbul edərək borcu X7 əlavə olaraq 17000 manat məbləğində borcunun olmasını bizə məlum olmayan səbəblərdən müəyyən etmişdir (həmin qərarı mən rəsmi qaydada xx.xx.2025-ci il tarixində əldə etmişəm). Bundan sonra Xətai rayon İcra Şöbəsini İcra X20 borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla Xətai rayon məhkəməsinə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5702/2021-016 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Musayeva Rǝxşəndə Cavanşir qızına ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X8 göndərilmiş, lakin borclu tərəfindən icra sənədində olan tələb təmin edilmədiyi üçün əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Hazırkı tarixə olan aliment borcu 17000 manat təşkil edir. Təqdimatda X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin İş № 8(011)-625/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı ilə Təqdimat təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5702/2021-016 nömrəli, 02 avqust 2021-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1988-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Hesab edirəm ki, təqdimatın hüquqi əsası olmamışdır və Xətai rayon İcra Şöbəsini İcra X20 iddiaçı (borclu) X1 hərərəkət etmək hüququnu qanunsuz olaraq məhdudlaşdırmışdır. Qeyd etmək istəyirəm ki, mən "X18 Technology" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinən biriyəm. İcra X20dən alıdığım şifahi məlumata əsasən hesablanmış borcun yaranamsına əsas olan hal ondan ibarətdirk ki, X18 Technology" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-2024-cü illər ərzində mənfəət vergisi ödəmişdir. Bütün bunlar qanunsuz olmaqla eyni zamandada əsassızdır. Beləliklə Xətai rayon İcra Şöbəsini İcra X20 iddiaçı (borclu) X6 bütün bank hesabalrına sərəncam qoymuş və məhkəməyə təqdimat vermişdir. Xətai rayon İcra Şöbəsini İcra X20 iddiaçı (borclu) X6 Hüquqi şəxs "X18 Technology" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə eyniləşdirmiş, ikincinin gəlirlərinin X2 gəlirləri kimi qələmə verərək borc yaratmış və qanunsuz olaraq onun ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi-vəkili Vəkil2 bildirmişdir ki, tərəf dividenti çıxartmır deyə aliment ödəməkdən yayına bilməz, şirkətin neçə təsisçisi olmasını bilmək lazımdır. Onun bir təsisçisi var, o da Fərid Musayevdir. Şirkətin direktoru tutulub. Şikayət verən tərəf təsisçi sayını bildirməlidir. Cəmiyyət icra məmuruna təqdim etdiyi sənəddə də yazır: "xxxx", həmin MMC xx.xx.2017-ci ildə təsis olunub və illər üzrə xalis mənfətlər əldə edilib. 2021-2022-ci ildə hazırda həbsdə olan direktor pulu çıxardıb və öz mənfəətinə görə xərcləyib. Hazırda təsisçi yalnız Fərid Musayevdir. O pul da ordan çıxarılıb. Şikayət verən tərəf sübut etməlidir ki, onlar pulu almayıblar. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən icra X20 izahatında bildirmişdir ki, aliment məbləğinin tutulması ilə bağlı sorğular verilmiş, borclunun "X18 Technology" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olması, şirkətin ötən il 50 min manat mənfəət əldə etməsi və həmin şirkətdə 50 faiz təsisçi payı olması müəyyən edilmiş, bunun əsasında hesablama aparılmış və buna uyğun gəlirlərinin 1/3 hissəsi təxminən 17 min manat müəyyən edilmiş, həmin məbləğ həbs qoyulmuşdur, alimnet borclunun digər gəlirlərinə də yönəldilməlidir. Məhkəmə, şikayəti və ona əlavə olunan sənədləri, habelə icra sənədlərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5702/2021-016 nömrəli, 02 avqust 2021-ci il tarixli icra sənədinə əsasən, 02 dekabr 2014-cü il təvəllüdlü X14 və 14 sentyabr 2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 30 iyun 2021-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 06 mart 2025-ci tarixli aliment üzrə borcun hesablanması haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5702/2021-016 nömrəli, 02 avqust 2021-ci il tarixli icra sənədi üzrə X2 borcu ümumilikdə 17718,67 manat müəyyən olunmuşdur İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü tarixli tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(011)-5702/2021-016 nömrəli, 02 avqust 2021-ci il tarixli icra sənədi üzrə X2 16.834 manat məbləği həcmində olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa vəsaitlərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan xx/xx-197437/13 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, icra şöbəsi tərəfindən "xxxx" ASC-yə müraciət edilərək X6 17718,67 manat hesabına həbs qoyulması tələb edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5702/2021-016 nömrəli, 02 avqust 2021-ci il tarixli icra sənədinə əsasən, 02 dekabr 2014-cü il təvəllüdlü X14 və 14 sentyabr 2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 30 iyun 2021-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilməlidir, icra məmuru tərəfindən borclunun əmək haqqı və digər gəlirlərinin hesablanması zamanı qanunla müəyyən edilmiş tədbirlər düzgün həyata keçirilməmişdir, belə ki, borcluya aid borc məbləği onun təsisçi payının olduğu hüquqi şəxsin mənfəətinə yönəldilmiş, borclunun həmin müəssisədəki gəlirlərinin məbləği dəqiq müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icra sənədi üzrə tutulmalı olan məbləğin ödənilməsi üzrə qanunla müəyyən edilmiş tədbirlər düzgün həyata keçirilmədiyindən tələbkar icra məmurunun hərəkətsizliyindən şikayət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarilxi qərarlar, xx.xx.2024-cü il tarixli №xx/xx-197437/13 saylı sərəncam ləğv edilməli və yaranmış aliment borcunun yenidən qanunauyğun hesablanması üzrə tədbirlər icra məmuru tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli qərarları, xx.xx.2024-cü il tarixli №xx/xx-197437/13 saylı sərəncamı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5702/2021-016 nömrəli, 02 avqust 2021-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun yenidən qanunla müəyyən edilmiş qaydada hesablanması üzrə tədbirlər həyata keçirilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar