Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-767/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1303/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov tərəfindən verilmiş təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1303/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, təqdimat “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” barədə olmaqla, Qardağ rayon Məhkəməsinin icra vərəqəsi ilə bağlı icra tədbiridir, tərəflərdən hər hansı birinin yaşayış yerinin Xətai rayonu olması müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat aidiyyəti üzrə səlahiyyətli məhkəməyə verilmədiyindən ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov tərəfindən verilmiş təqdimat geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-767/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-767/2025
04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver