Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-77/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8270/2015 nömrəli, 18 dekabr 2015-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 01 may 2023-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarından tələbkar "xxxx" ASC tərəfindən verilən şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 01 may 2023-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 01 may 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8270/2015 nömrəli, 18 dekabr 2015ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərardad tamamilə qanunsuz və əsassızdır, həmçinin "xxxx" ASC-nin mənafelərinə ziddir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8270/2015 nömrəli, 18 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən Borclu1 və Borclu2 Bəylər qızından müştərək qaydada 5469,71 manat əsas, 908,48 manat hesablnamış faiz borcu və 150 manat dəbbə pulu olmaqla, cəmi 6528,19 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə qətnaməsi elan olunduğu tarixdən bugünədək qətnamə icra edilməmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 01 may 2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8270/2015 nömrəli, 18 dekabr 2015-ci il tarixli icra sənədinin icrasının mümkün olmaması səbəbindən icra sənədinin məhkəməyə qaytarılması qanunsuzdur. Belə ki, icra məmuru tərəfindən zəruri sorğular verilmədən, sorğuların cavabları əlavə edilmədən, iş üzrə Azərbaycan Respublikasının İcra Haqqında Qanununda göstərilən bütün tədbirlər görülmədən icra sənədinin icrasının mümkün olmaması ilə əsaslandıraraq məhkəməyə geri qaytarılması qanunsuzdur. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 01 may 2023-cü il tarixli qərarı rəsmi qaydada "xxxx" ASC-yə 09 yanvar 2025-ci il tarixində təqdim olunmuşdur. Odur ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Tələbkar göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 01 may 2023-cü il tarixli qərarının ləğv olunması və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8270/2015 nömrəli, 18 dekabr 2015-ci il tarixli icra sənədi üzrə icra işinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin tələbkarın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilib, şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayəti nəzərdən keçirərək hesab edir ki, tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8270/2015 nömrəli, 18 dekabr 2015-ci il tarixli icra sənədindən müəyyən edilir ki, 5469,71 manat məbləğində əsas borc, 908,48 manat faiz borcu, 150 manat məbləğində cərimə, cəmi 6528,19 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu Borclu1 və X1 müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İcra işi materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 05 dekabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8270/2015 nömrəli, 18 dekabr 2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcra işi materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən "xxxx" ASCyə, "xxxx" QSC-yə, "xxxx" ASC-yə, "xxxx" QSC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Azərbaycan Respublikası BDYPİ-nin İmtahan-Qeydiyyat şöbəsinə və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə ünvanlanmış 16 yanvar 2018-ci il tarixli məktubların surətindən görünür ki, Borclu2 Bəylər qızının adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN nömrəsinin (fəaliyyət növü və fəaliyyət ünvanı göstərilməklə), qiymətli kağızın, əmanətin (hesab nömrəsi və əmanətin məbləği göstərilməklə) olub-olmaması və təqaüd alıb-almaması (məbləği və hansı növ təqaüd alması) barədə Sabunçu rayon İcra şöbəsinə rəsmi məlumatın verilməsi xahiş edilmişdir. İcra işi materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 29 dekabr 2020-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8270/2015 nömrəli, 18 dekabr 2015-ci il tarixli icra sənədi “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2.-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 43-cü maddəsində məcburi icra tədbirləri müəyyən edilmişdir ki, bunlara aşağıdakılar aiddir: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi (43.1.1); tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi (43.1.2); tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi (43.1.3); icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi (43.1.4); bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər (43.1.5). 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü və 43-cü maddəsində nəzərdə tutulmuş bütün tədbirlərin görülməsi ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən, tələbkar "xxxx" ASC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8270/2015 nömrəli, 18 dekabr 2015ci il tarixli icra sənədinin qaytarılması qərarından şikayəti əsaslı olduğu üçün təmin edilməli və icra sənədi icra olunması üçün yenidən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 01 may 2023-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8270/2015 nömrəli, 18 dekabr 2015-ci il tarixli icra sənədi yenidən icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-77/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-77/2025
17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver