Məhkəmə qərarları › İş №8(011)-771/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-771/2024

19.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-771/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən 600 manat dəyərində televizor, 500 manat dəyərində soyuducu, 400 manat dəyərində paltaryuyan, 500 manat dəyərində kondisioner, 100 manat dəyərində, tozsovuran, 50 manat dəyərində ət çəkən maşın, 500 manat dəyərində 2 ədəd çilçıraq, 30 manat dəyərində ütü, 150 manat dəyərində xalça 2 ədəd, 400 manat dəyərində 2 dəst pərdə, 150 manat dəyərində tok peçi, 300 manat dəyərində sends dəsti, meyvə qabları, xurustal qablar, yorğan, döşək, pakrıvallar Borclu alınaraq Tələbkar verilməlidir. “\JKZ 210740” markalı, 90-LZ192 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 1700 manat hissəsi, “VAZ 21154” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 3750 manat hissəsi, “Mercedes Benz C240” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 5250 manat hissəsi və “Mercedes Benz E240” markalı, 90-BC- 018 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 6000 manat hissəsi Borclu alınaraq Tələbkar verilməlidir. Mütəxəsis hesabatnın tərtibi üçün hesablanmış qiymətləndimə haqqının 150 manat hissəsi tələbkardan, 100 manat hissəsi isə Borclu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-3852/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 600 manat dəyərində televizor, 500 manat dəyərində soyuducu, 400 manat dəyərində paltaryuyan, 500 manat dəyərində kondisioner, 100 manat dəyərində „ tozsovuran, 50 manat dəyərində ət çəkən maşın, 500 manat dəyərində 2 ədəd çilçıraq, 30 manat dəyərində ütü, 150 manat dəyərində xalça 2 ədəd, 400 manat dəyərində 2 dəst pərdə, 150 manat dəyərində tok peçi, 300 manat dəyərində sends dəsti, meyvə qabları, xurustal qablar, yorğan, döşək, pakrıvallar Borclu alınaraq Tələbkar verilməlidir. “\JKZ 210740” markalı, 90-LZ192 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 1700 manat hissəsi, “VAZ 21154” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 3750 manat hissəsi, “Mercedes Benz C240” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 5250 manat hissəsi və “Mercedes Benz E240” markalı, 90-BC- 018 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 6000 manat hissəsi Borclu alınaraq Tələbkar verilməlidir. Mütəxəsis hesabatnın tərtibi üçün hesablanmış qiymətləndimə haqqının 150 manat hissəsi tələbkardan, 100 manat hissəsi isə Borclu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarından görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında Borclu bildiriş təqdim edilmiş, borclunun izahatı alınmışdır. Göründüyü kimi, borclu icra məmurunun qərarını rəsmi qaydada aldığı halda, icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclu icra sənədini könüllü icra üçün müəyyən edilmiş vaxtda icra etmədiyindən icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A,M18,M3 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar