Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-776/2024 15.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalov tərəfindən verilmiş əmlak üzərinə həbsin qoyulması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5306/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 197450 manat məbləğində pul vəsaiti və 488 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Sorğu nəticəsində borclunun adına bank hesabları aşkar edilmiş və həmin hesablar üzərinə müvafiq qərarla həbs qoyulmuşdur. Lakin bank hesablarında pul vəsaiti aşkar edilməmişdir. Həmçinin sorğu nəticəsində Borclu adına “Nissan Teana” minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1 ünvanında mənzil və Balakən rayonu, Qullar kəndində fərdi yaşayış evi aşkar edilmişdir. Təqdimatda Borclu məxsus olan əmlaklar üzərinə borc həddində həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(103)-5306/2023 saylı icra sənədindən müəyyən edilir ki, cavabdeh Borclu 197450 manat və və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 488 manat alınaraq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 30 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(103)-5306/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Xətai rayon İcra şöbəsinə ünvanlanmış 07 may 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5306/2023 saylı icra sənədi üzrə Borclu bank hesabları bağlı olduğu üçün həbs qərarı icra olunmadan geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Xətai rayon İcra şöbəsinə ünvanlanmış 08 may 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Borclu hesablaşma hesabına həbsin qoyulması təmin olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Xətai rayon İcra şöbəsinə ünvanlanmış 15 may 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Borclu "xxxx" ASC-dəki hesabına həbs qoyulmuşdur. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Nissan Teana” minik markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil, Balakən rayonu, Qullar kəndində yerləşən ümumi sahəsi 0.1178 ha torpaq sahəsi və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 77.60 kv.m olan 2 otaqlı mənzil vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə tutulacaq pul vəsaitinin məbləği nəzərə alınaraq, Borclu mülkiyyətində olan “Nissan Teana” minik markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin və Balakən rayonu, Qullar kəndində yerləşən ümumi sahəsi 0.1178 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Borclu mülkiyyətində olan “Nissan Teana” minik markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin və Balakən rayonu, Qullar kəndində yerləşən ümumi sahəsi 0.1178 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DİN BDYPİ-nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-776/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-776/2024
15.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver