Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-777/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Borclu-şikayətçi X4 “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin dayandırılması” barəsində şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu-şikayətçi X8 05 avqust 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, icra məmurunun hərəkətsizliyini qanunsuz hesab edərək 2(011)-4890/2024 nömrəli Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək 05 sentyabr 2019-cu il tarixli 2(006)-997/2019 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 05 sentyabr 2019-cu il tarixli 2(006)-997/2019 nömrəli icra işinə əsasən borcludan hər ay sabit pul məbləğində 160 manat aliment tutularaq tələbkara ödənilməlidir. Borclu məhkəmə qətnaməsini 2020-ci ilin mart ayına qədər icra etmiş, daha sonra tələbkarla barışıb eyni ünvandan yaşamağa başladıqlarından ailə həyatını bərpa etmişlər, nəticədə tələbkar və tələbkarla birgə nikahdan olan övladının bütün zəruri ehtiyaclarını qarşılamışdır. Tərəflər daha sonra təkrar ailə həyatlarını rəsmiləşdirərək yenidən rəsmi nikaha daxil olmuşlar. Belə olan təqdirdə tələbkar borclu ilə barışdıqlarından qeyd edilən icra işinə xitam verilməsi üçün tələbkar tərəfindən icra işinə xitam verilməsi üçün ərizə ilə müraciət də edilmişdir. İcra məmuru tələbkarın ərizəsi əsasında icra işinə xitam vermişdir. 2024-ci ilin mart ayında qeyd edilən icra sənədi üzrə icra hərəkətləri yenidən başlanmışdır, lakin icra məmuru qanunsuz olaraq 2020-ci ilin mart ayından 2024-cü ilin mart ayına qədər olan borcu hesablanmış və hazırda məcburi qaydada tələb edir. Hazırda icra məmuru qeyd edilən müddət ərzinə hesablanmış aliment borcunu tələb edir, hansı ki, alimenti tələb azyaşlı övladları X9 hal-hazırda da borclu ilə birgə yaşayır və onun faktiki himayəsindədir. Ərizəçi qeyd edilən müddətə hesablanmış aliment borcunun silinməsinə, o cümlədən alimentin ləğv edilməsinə dair qarşılıqlı iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir, iddia tələbi üzrə iş məhkəmənin icraatındadır və 2(011)-4890/2024 nömrə ilə qeydə alınmışdır. 05 sentyabr 2019-cu il tarixli 2(006)-997/2019 nömrəli icra sənədinin verilməsinə əsas olan hallar iizrə ərizəçi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırılmışdır. Qarşılıqlı iddia tələbi 15 may 2024-cii il tarixli Xətai Rayon Məhkəməsinin 2(011)-4890/2024 nömrəli qərardadı üzrə baxılması üçün məhkəmənin icraatına alınmışdır. Qarşılıqlı iddia tələbi hesablanmış aliment borcunun silinməsinə, uşaq tələbinə dairdir. İddia tələbi təmin ediləcəyi təqdirdə icra sənədi üzrə aparılan hərəkətlər ləğv ediləcək. Qeyd edilən müddəaanın mənasından da görünür ki, icra sənədi üzrə icraatın dayandırılmasının əsas şərti borclu tərəfindən irəli sürülən mübahisənin icra sənədinə və ya onun verilməsinə əsas olan tələblə bağlılığının olmasıdır. Yuxarıda da şərh edildiyi kimi, X10 Əsgərovaya qarşı 2020-ci il fevral ayından 2024-cü ilin mart ayına qədər olan müddət ərzində hesablanmış aliment borcunun silinməsi, o cümlədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə X2 üçün tutulan 160 manat alimentin ləğv edilməsi və s. tələblə (qarşılıqlı iddia ərizəsi ilə) məhkəməyə müraciət etmişdir. İcra məmuru Kəmalə Həsənova tərəfindən başlanılmış icra hərəkətləri də Elvin Əsgərovun mübahisələndiridiyi 2020-ci il fevral ayından 2024-cü ilin mart ayına qədər hesablanmış aliment borcu ilə bağlıdır. İcra məmuruna icra hərəkətlərinin dayandırılması ilə bağlı tərəfimdən müraciət edilsə də, icra məmuru icra hərəkətlərinin dayandırmamaqla qanunsuz hərəkətsizliyə yol vermişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Buna görə də şikayət rədd edilməlidir. Belə ki, təqdim edilmiş icra işi materiallarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-997/2019 saylı 05 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən 12 aprel 2013-cü il təvəllüdlü X1 üçün X3 Maraqlı şəxs xeyrinə hər ay 160 manat aliment tutulmalıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən 09 aprel 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildirişin surəti bildirişə imza atmaqla 17 aprel 2024-cü il tarixdə borclu tərəfindən qəbul edilmişdir. 17 aprel 2024-cü il tarixdə icra məmuru tərəfindən borclunun izahatı alınmışdır. İcra məmuru borcluya məxsus əmlakın axtarılması barədə qərar qəbul etmiş, daha sonra isə əmlak üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli e-16(011)-690/2024 saylı qərardadı ilə Maraqlı şəxs Hafis qızının övladı – xx.xx.2013-cü il təvəllüdlü X9 ilə hər həftənin bazar ertəsi günü saat 10:00-dan cümə axşamı günü, yəni həftənin dördüncü günü saat 20:00dək yanında qalmaqla, xx.xx.2023-cü il təvəllüdlü X7 ilə hər həftənin bazar ertəsi günü saat 10:00-dan cümə günü, yəni həftənin beşinci günü saat 20:00-dək yanında qalmaqla, ünsiyyətdə olması müəyyən edilmişdir. 14 may 2024-cü il tarixdə icra məmuru tərəfindən yenidən borclunun izahatı alınmışdır. Həmin tarixdə borclu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 3(011)-1708/2024 saylı qərardadı ilə inzibati xəta haqqında materiallar natamam olduğundan icra şöbəsinə geri qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli 2(011)-411/2024 saylı qərardadı ilə borcluya məxsus əmlak üzərinə həbs qoyulmuşdur. 05 iyul 2024-cü il tarixdə borclunun olduğu yerin müəyyən edilməməsi ilə bağlı akt tərtib edilmiş, həmin tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilərək müvafiq təqdimatla məhkəməyə müraciət edilmişdir. Bundan sonra icra məmuru borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. 16 avqust 2024-cü il tarixdə icra məmuru tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-997/2019 saylı 05 sentyabr 2019-cu il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-16(011)-690/2024 saylı 07 may 2024-cü il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4890/2024 saylı 30 may 2024-cü il tarixli qərardadı ilə iddiaçı Maraqlı şəxs ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (Bundan sonra - cavabdeh), X6 qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment” tələbi barədə ilkin, cavabdeh X4 iddiaçı Maraqlı şəxs qarşı “uşağın atanın himayəsinə verilməsi və aliment borcunun silinməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş rəy verilməsi üçün Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi dayandırılır. Qeyd edilən Qanunun 21.1 və 21.2-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Məhkəmə sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən hesab edir ki, borclunun xahiş etdiyi kimi icra qeydi üzrə icraatın dayandırılması üçün məhkəmə araşdırılması zamanı heç bir əsas müəyyən edilməmişdir. Odur ki, şikayət rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Borclu-şikayətçi X12 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilərək 2(011)-4890/2024 nömrəli Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək 05 sentyabr 2019-cu il tarixli 2(006)- 997/2019 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə şikayəti rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-777/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-777/2024
21.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver