Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-778/2022 30.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Qoşqar Həmidov tərəfindən verilmiş əmlak üzərinə həbs qoyulması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Qoşqar Həmidov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4327/2021 saylı, 16 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən borclu X1 3305 manat məbləğində dəymiş zərər, 74 manat dayanacaq haqqı və 100 manat avtomobilə dəymiş zərərin müəyyən edilməsinə dair qiymətləndirmə haqqı olmaqla, ümumilikdə 3479 manat pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. İddia tələbləri qismən təmin edildiyindən, məhkəmə xərclərinə görə ekspertiza xərci qismində sərf edilmiş 100 manatın 50%, yəni 50 manat cavabdeh X1, qalan 50%, yəni 50 manat iddiaçı Tələbkar tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X2 hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X3 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X4 məxsus olan “Ford Fusion” minik markalı" ** ZG *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Hazırda icra sənədi üzrə borc 3479.15 manat və 15 manat dövlət rüsumu təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq, icra sənədi üzrə borclu X4 məxsus olan “Ford Fusion” minik markalı" ** ZG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar nümayəndəsi X8 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə icra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarında olan məhkəmənin 02 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4327/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı borclu tərəfindən mübahisələndirildiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4327/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi hələ qüvvəyə minmədiyinə görə həmin qətnamənin icrası qaydasında verilmiş təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Qoşqar Həmidov tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-778/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-778/2022
30.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver