Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-783/2023 23.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4579/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraatına başlanılan Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4579/2023-006 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Borclu 1170 manat və 31,7 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir, qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayonu İcra şöbəsinə daxil olmuş, müvafiq qaydada icraya yönəlmişdir, icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra qərarın surəti bidirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir, lakin bu müddət ərzində tələb könüllü təmin edilmədiyiüçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün Elektron icra sistemindən sorğular göndərilmiş, borclunun adına daşınar-daşınmaz əmlak, iş yeri, bank hesabı aşkar edilməmişdir, borclu barəsində icra sənədinin icrasını təmin etmək məqsədi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında Borclu izahatında bildirdi ki, icra sənədinin əsasını təşkil edən qətnamədən onun xəbəri olmamışdır, buna görə də borc məbləğini qəbul etmir və övladı xaricdə təhsil aldığı üçün xaricə tez-tez getməli olur, hazırkı təqdimatın təmin edilməsi onun hüquqlarının əhəmiyyətli dərəcədə pozulması deməkdir. Sonda Borclu təqdimatın rədd edilməsini məhkəmədən xahiş emişdir. Tələbkar məhkəməyə yazılı ərizə təqdim edərək məhkəmə iclasına onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və təqdimatın təmin edilməsini xahiş etmişdir. İcra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4579/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1063,96 manat ödənilməmiş hissə, 106,04 manat cərimə borcu olmaqla, cəmi 1170 (min bir yüz yetmiş) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 31 (otuz bir) manat 70 (yetmiş) qəpik alınaraq Tələbkarnə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, qərar və bildirişin surəti qərarı surəti tərəflərə göndərilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.1979-cu ildə Goranboy rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsinə izahatında bildirmişdir ki, icra sənədi barədə məlumatı həmin vaxt əldə etmiş, borcundan ödəniş etməmişdir, borcunu tam şəkildə nə vaxt ödəyəcəyini dəqiq bilmir, paltaryuyan maşın almışdır, işsizdir, işsizliyi ilə əlaqədar bütöv şəkildə borcunu ödəyə bilmir, evi var. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Məhkəmə hesab edir ki, borclu qərarın və könüllü icra barədə bildirişin surətini almasına baxmayaraq, icra sənədində göstərilən pul vəsaitini ödəmədiyindən, bununla da, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4579/2023-006 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası mümkün olmadığından, habelə borclunun ölkədən getməsi icra sənədinin icrasına maneələr yaratmaqla, onun icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyindən icra məmuru Kəmalə Həsənovanın təqdimatı təmin edilməli, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1979-cu ildə Goranboy rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu - Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4579/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-783/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-783/2023
23.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver