Məhkəmə qərarları › İş №8(011)-783/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-783/2024

21.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-783/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5197/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icraatının dayandırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5197/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icraatının dayandırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5197/2023-012 nömrəli, xx.xx.2023- cü il tarixli icra vərəqəsinə əsasən Borclu 45016 manat məbləğində pul vəsaiti və 228 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti, bildirişlə ona borclunun ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün “10” gün müddət təklif edilmişdir. Lakin könüllü icra müddətində icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. Görülmüş icra tədbirləri zamanı borclu Dadaşov iham Barat oğlunun yerini müəyyənləşdirmək mümkün olmadığı üçün Xətai rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 114906/24 axtarış elan edilmişdir. Göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsini rəhbər tutaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5197/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icraatının dayandırılmasına dair qərardad verilməsi məsələsinə baxılmasını xahiş edir Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5197/2023-012 nömrəli, xx.xx.2023- cü il tarixli icra vərəqəsinə əsasən Borclu 45016 manat məbləğində pul vəsaiti və 228 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərarın surəti, bildirişlə borcluya təqdim edilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün “10” gün müddət təklif edilmişdir. İş materiallarından görünür ki, icra məmuru Kəmalə Həsənova tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbuk edilərək, borclu xx.xx.1976-cı il təvəllüdlü Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 4, 12 saylı mənzildə qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmiş və müvafiq tədbirlərin həyata keçirilməsi üçün Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə göndərilmişdir. Göründüyü kimi, borclu icra məmurunun qərarını rəsmi qaydada aldığı halda, icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Hal-hazırda borclunun yeri məlum olmadığından icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.Borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. Axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. Borclu fiziki şəxsin və uşağın axtarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 19.1.2-ci maddəsinə borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək icraat dayandırılır. Həmin Qanunun 21-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Borclu barəsində axtarış elan edildiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5197/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icraatı axtarış başa çatanadək dayandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5197/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icraatı Borclu axtarışı başa çatanadək dayandırılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar