Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-798/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Tələbkar, X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(011)-4137/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(011)-4137/2021 saylı qətnaməsi ilə cavabdeh X3 32.274,50 manat pul vəsaitinin alınıb iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, qətnaməni hər ay hissə-hissə icra etməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun məhkəmə qətnaməsini bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Hal-hazırda o, 2-ci qrup əlildir və yalnız əlilliyə görə ona dövlət tərəfindən verilmiş 817.72 manat pensiya ilə dolanır. Onun adına dövlət qeydiyyatına alınmış hər hansı daşınar əmlakı yoxdur. Bundan başqa, o, Tələbkar birgə nikahdan doğulan uşağa görə hər ay 500 manat məbləğində aliment ödəyir. Eyni zamanda, o, yeni nikaha daxil olmuşdur və həmin nikahdan 22 iyul 2022-ci il tarixdə övladı dünyaya gəlmişdir. O, qətnamə ilə müəyyən edilmiş pulu hər ay 500 manat məbləğində olmaqla hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, izahatında 2-ci qrup əlil olduğunu, pulu ödəməyə etiraz etmədiyini, lakin hər ay hissə-hissə ödəməyə gücü çatdığını, uşağın əlavə xərclərinə qədər ödədiyini bildirdi. Məhkəmə iclasında Tələbkar ərizəyə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında borclunun imkanının yaxşı olduğunu, pensiyadan əlavə gəlirlərinin olduğunu, özünün isə kirayədə yaşadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi X5 əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(011)-4137/2021 saylı qərardadı ilə cavabdeh X4 adına olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 41 saylı evin 106 saylı mənzilinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Məhkəmə iclasında X2 öz izahatında ikinci qrup əlil olduğunu, aldığı pensiya ilə dolandığını, yeni ailə qurduğunu və övladığının olduğunu bildirsə də, məhkəmə hesab edir ki, bu hallar məhkəmə qətnaməsinin icrasını mümkünsüz edən əlverişsiz hallar hesab edilə bilməz. Odur ki, məhkəmənin qətnaməsi tam icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc borclunun tələbkar qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır. Belə olan halda ərizə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(011)-4137/2021 saylı qətnaməsi hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-798/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-798/2022
15.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver