Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-8/2023 23.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, İddiaçı X3 cavabdehlər qarşı X18, X8, X23, X24, X19, X13, X20, X14, X4, X9, X15, X5, X10, X11, X21, X2, X6, X7 və X12 qarşı “ümumi paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması”tələbinə dair mülki iş üzrə X1nın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(011)-999/2022 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1– qətnamənin icra olunması üçün Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı qətnaməsinə ətraflı izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X17 Bakı Şəhər Xətai Rayon Məhkəməsinə “Ümumi paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. İddia Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 999/2022 saylı qətnaməsinə əsasən təmin edilmişdir. Qətnamənin icrası Xətai Rayon İcra Şöbəsinə tapşırılmışdır. Xətai Rayon İcra Şöbəsi icra sənədini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə göndərmişdir. Bir neçə gündən sonra iddiaçı Ulduz metrosunun yanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə yaxınlaşmış və orada ona bildirmişlər ki, güya ki, qətnamənin qət etdi hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə onun fəsliyyəti istiqamətləri ilə bağlı hansı öhdəliyin qoyulması tam ətraflı izah olunmamışdır və bu səbəbdən də, icra sənədini tezliklə geri qaytaracaqlar. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs icra sənədini geri qaytarmışdır. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 999/2022 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən X3 istifadəsində və mülkiyyətində olan sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılması qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən X3 istifadəsində və mülkiyyətində olan sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılmışdır. Məhkəmə hesab edir ki, qətnaməyə göstərilən qaydada izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnamənin nəticə hissəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-999/2022 saylı qətnaməsinə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən X3 istifadəsində və mülkiyyətində olan sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılması ifadəsi X3 ünvan 1 ünvanda yerləşən evin İV mərtəbəsində 56,65 kv.metr sahəsi olan 2 otaqlı mənzilə dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tam pay olmaqla xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını əhatə etdiyinə dair izah verməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən X3 istifadəsində və mülkiyyətində olan sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzilin onun payına uyğun olaraq naturada ayrılması ifadəsi X3 ünvan 1 ünvanda yerləşən evin İV mərtəbəsində 56,65 kv.metr sahəsi olan 2 otaqlı mənzilə dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tam pay olmaqla xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını əhatə etdiyinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 999/2022 saylı qətnaməsinə izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-8/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-8/2023
23.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver