Məhkəmə qərarları › İş №8(011)-80/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-80/2024

26.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-80/2024 26.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-183/2022-020 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrası başa çatdırılana Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-183/2022-020 nömrəli, xx.xx.2022-ci İl tarixli İcra sənədinə əsasən Borclu və "xxxx" Mənzil Tikinti Kooperativindan müştərək qaydada xx.xx.2012-ci il tarixli 6424 nömrəli kredit müqaviləsi üzrə 71549,98 manat əsas, 29432,71 manat faiz, cəmi 100982,69 manat, xx.xx.2012-ci il tarixli 6425 nömrəli kredit müqaviləsi üzrə 30894,12 manat əsas, 9925,87 manat faiz, cəmi 40819,99 manat kredit borcu olmaqla ümumilikdə 141802 (yüz qırx bir mİn səkkiz yüz ikl) manat 68 (altmış səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və bank xidmətinə görə 40 (qırx) qəpik pul məbləği alınaraq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul məbləği Borclu ve “Qafkaz" Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN. **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada İcraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün Elektron icra sistemindən sorğular edilmiş lakin borclunun adına tələbi yönəldilə biləcəyi daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə borcdan ödəniş edilməmişdir. Borclu barəsində icra sənədinin icrasını təmin etmək və onun qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Borclu xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada etiraz təqdim edərək bildirmişdir ki, 2001-2017 illər ABB də çalışmış, çalışdığı illərdə nümunəvi işçi olmuşdur və ABB-nin inkişafına o da öz tövhəsini vermişdir. 2012 ci ildə bankın daxili mailinə 10% illik kreditlə "xxxx" MTK haqqında məlumat daxil olub və o da uzun müddət çalışdığı üçün və evə ehtiyacı olduğu üçün bu imkandan yararlanmışdır, bankdan 10 illik ümumi 150.000 manat dəyərində, aylıq ödənişi 1980 manat olan pul krediti götürmüşdür. 2012-2017 cil ilə qədər ayda 2000 azn pul ödəmiş, gecikmə olmadan. 2017 də müəyyən səbəblərdən, səhhəti ilə bağlı öz ərizəsi ilə işdən ayrılmışdır. Ayrıldıqdan sonra yenə ödəməyə çalışmış, lakin bir müddət işsizlikdən ödəmədə problemlər yaranıb. Sonra səhhəti ilə bağlı xx.xx.2020-də pensiya təyin edildikdən sonra könüllü olaraq pensiyanın 50%, yəni 800 manat ödənişə davam etmişdir. Banka bir neçə dəfə ödəniş haqqında məlumat verməyə dəvət olunmuş və arallarında heç bir narazılıq olmayıb. Hər dəfə bildirmişdir ki, baxmayaraq ayda 800 manat ödəniş edir, lakin çalışacaq ödənişi artırsın və 2024 ilin yanvar ayından başlayaraq 500 manat artıraraq aylıq ödənişi 1300 manata çatdırmışdır. Sonuncu dəfə Xətai İcra İdarəsində aylıq ödənişdən əlavə yaxın 2 ay ərzində əhəmiyyətli dərəcədə artıq müəyyən məbləğ ödəyəcəyini də bildirmişir. Bu gün də iş tapmaqda çətinlik çəkir, ailə başçısıdır, himayəsində azyaşlı uşaq var və özü də nümunəvi vətəndaşdır. Ona qarşı qaldırılan iddia tələbinə, yəni ölkədən çıxışıma məhdudiyyət qoyulmasına etirazını bildirir, bunu bir Demokratik Azərbaycan Respublikası vətəndaşına qarşı çox ağır cəza tədbiri kimi qiymətləndirir. Bununla yanaşı hər ay 1300 manat məbləğində ödəniş edir. Tələbkar, borclu və Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-183/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu və "xxxx" Mənzil Tikinti Kooperativindan müştərək qaydada xx.xx.2012-ci il tarixli 6424 nömrəli kredit müqaviləsi üzrə 71549,98 manat əsas, 29432,71 manat faiz, cəmi 100982,69 manat, xx.xx.2012-ci il tarixli 6425 nömrəli kredit müqaviləsi üzrə 30894,12 manat əsas, 9925,87 manat faiz, cəmi 40819,99 manat kredit borcu olmaqla ümumilikdə 141802 (yüz qırx bir min səkkiz yüz iki) manat 68 (altmış səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və bank xidmətinə görə 40 (qırx) qəpik pul məbləği alınaraq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul məbləği Borclu və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icraata başlamaq haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, qərar və könüllü icra haqqında bildirişin surəti Borclu göndərilməsi qeyd edilmiş. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borcu Borclu xx.xx.2022-ci il tarixdə verdiyi izahatda icra sənədindən xəbərdar olduğunu, borcunu ödəməkdən imtina etmədiyini, hər ay 700 manat kartından tutulduğunu, borcunu tam ödəmək üçün adına rəsmiləşdirilmiş daşınar-daşınmaz əmlak olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin həmin Paktın qeyd edilən maddəsinə dair qəbul etdiyi xx.xx.1999-cu il tarixli 27 saylı X2 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli 2- N Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Bununla belə, iş materiallarından, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, əvvəla, təqdimatda borclu tərəfindən icra sənədinin icra edilməməsinin üzürsüz səbəblərinin nədə ifadə olunduğu əsaslandırılmamış, icra məmuru tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəbləri müəyyənləşdirilməmiş, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirilməmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlanılmamışdır, həmçinin icra məmuru məhkəmə iclasında iştirak etməməklə də təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsassızdır və buna görə də rədd edilməlidir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-183/2022-020 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar