Məhkəmə qərarları › İş №8(011)-80/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-80/2025

30.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-80/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1 iştirakı ilə, X1 “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu onun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1246/2017 saylı, xx.xx.2017-ci il və 8(011)-9718/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunaraq, ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2859/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borcludan 2991,36 manat borc pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" QSC-yə ödənilməlidir. İcra sənədi üzrə icra tələbi tam təmin edilmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(011)-1246/2017 saylı qərardadına əsasən borcun ödənilməsi tam təmin edilənədək, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qərara alınmışdır. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-951/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borcludan 593,13 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7088 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borcludan 1.645,10 manat pul tutularaq “Bank of Baku" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4070 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borcludan 2.996,76 manat pul tutularaq Tələbkar2 ASC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3266 nömrəli, xx.xx.2013-cü il traixli icra sənədinə əsasən borcludan 3060,19 ABŞ dollar və 30 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1794 nömrəli, 01,04.2013-cü il traixli icra sənədinə əsasən borcludan 347 ABŞ dollar və 20 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6513/2014 nömrəli, xx.xx.2014-cü il traixli icra sənədinə əsasən borcludan 1.070,68 ABŞ dollar və 30 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd edilən icra sənədləri üzrə icra tələbi tam təmin edilmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-971/2013 saylı qərardadına əsasən borcun ödənilməsi tam təmin edilənədək, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qərara alınmışdır. Borclu hazırda icra sənədləri üzrə Banklara olan borcunun bir hissəsinin ödədiyini əsas gətirərək, onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsini xahiş etsə də, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, məhdudlaşdırılmanın qoyulmasına əsas olmuş icra sənədlərindən yalnız 2 icra sənədi – 2(011)-7088/2014 saylı xx.xx.2014-cü il tarixli və 2(011)-4070/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədləri borclu tərəfindən tam olaraq icra edilmişdir. Digər icra sənədləri üzrə borcun tam ödənilməsi barədə ərizəyə heç bir sübut əlavə edilməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə araşdırılmasında daha sonra müəyyən edildi ki, borclunun borcun tutulmasına dair icra vərəqələri üzrə ödənilməmiş borcu vardır və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Digər bir tərəfdən ərizəçinin ərizədə qeyd etdiyi digər bir dəlil olan qohumlarının xarici ölkədə yaşaması və onları görmək üçün ölkəni tərk etməsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx.2013-cü il tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında təlimatın 2.8-ci bəndindən görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra, habelə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə icraata xitam verildikdə; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1 və 23.1.5-ci maddələrinə əsasən icra sənədi qaytarıldıqda; məhkəmə qərarı olduqda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Təlimatın qeyd edilən normasının məzmunundan görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması ilə yanaşı məhkəmə qərarı ilə də həmin məhdudlaşdırılmanın götürülməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədləri üzrə yaranmış borcun tələbkarlara ödənmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi tələbkarların Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X1 “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi” barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar