Məhkəmə qərarları › İş №8(011)-801/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-801/2022

14.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-801/2022 14.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-9611/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş və Baki şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 2, mənzil 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu icra sənədində adları sadalanan Baki şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 2 saylı evin, 1 saylı mənzilində yerləşən əmlaklar, özləri olmadıqda isə həmin əmlakların dəyəri Borclu alınaraq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müfaviq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və borclunun bu günədək ödənilməmişdir. Əlavə olaraq bildirilir ki, borclunun halhazırki borcu 6440 manat təşkil edir. O, hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Təqdimatda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılması xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9611/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Borclu icra sənədində adları sadalanan Baki şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 2 saylı evin, 1 saylı mənzilində yerləşən əmlakların, onlar olmadıqda isə həmin əmlakların dəyərinin Borclu alınaraq Tələbkar verilməsi müəyyən edilmişdir. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9611/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9611/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarın dərhal məhkəməyə təqdim edilməsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar