Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-802/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar, Borclunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsi üzrə borclu Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Borclu Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi məhkəməyə qətnamənin hissə-hissə icra olunmasına dair ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, iddiaçı Tələbkar cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “dəymiş zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı 18 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən 9531 manat pul vəsaiti və məhkəmə xərci qismində 118 manatın tutularaq iddiaçı Tələbkar ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən 50 manat ekspertiza xərcinin tutulması qət edilmişdir. İş üzrə Xətai Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş və icra edilməsi üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə instansiyalarının qərarlarına hörmətlə yanaşaraq həmin qərarın icra edilməsi üçün 6 aylıq möhlət hüququ almaq istərdilər. Hesab edirlər ki, bu müddət ağlabatandır və məhkəmə qərarının icrası üçün həm iddiaçı, həm də ki cavabdehin maraqlarına uyğundur. Belə ki, qətnamədə qeyd edilən məbləğin birdəfəlik tutulması onsuz da maliyyə durumu aşağı olan Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə pis təsir edəcək, həmçinin rayon ərazisinin təmizliyi ilə məşğul olan xidmət sahəsi işçilərinin maaş almaması ilə nəticələn bilər. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-38/2023 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinə əsasən Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən tutulmalı olan məbləğin hissə-hissə (6 ay ərzində) ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar borcun hissə-hissə ödənilməsi ilə bağlı ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi X2 ərizənin mahiyyətinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı möhlət verilməsinə dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, borclu Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi ərizədə qeyd edilmiş xüsusatlarla bağlı heç bir sübut əlavə etmədiyindən, eyni zamanda tələbkar hissə-hissə ödənişin qəbulundan imtina etdiyindən ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsinin «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-802/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-802/2024
11.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver