Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-804/2024 20.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı - tələbkar "xxxx" ASC Sabunçu rayon İcra şöbəsinin “icra sənədinin icra edilmədən geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Tələbkar "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon icra çöbəsinin icra məmuru X4 Rayon Məhkəmsinin xx.xx.2023-cü il tarixli 2(011)- 2036/2023 saylı icra sənədi üzrə “icra sənədinin qaytarılması” haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, şikayət ərizəsinə hazırkı məhkəmədə baxılmalı olmadığından geri qaytarılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2036/2023 saylı qətnaməsi ilə cavabdehlər Borclu və X1 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 855.43 manat əsas borc, 2.37 manat faiz borcu və 2.03 manat cərimə borcu olmaqla, cəmi 859.83 manat borc tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Borclu və X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. xx.xx.2023-cü ildə adıçəkilən qətnamə və icra sənədi X3 münasibətdə icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə, Borclu münasibətdə icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra sənədi “İcra haqqında” AR Qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi Xətai Rayon Məhkəməsinə geri qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in, qiymətli kağızın, əmanətin olub-olmaması və təqüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara soröular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclu X2 icra sənədində göstərilən ünvan 1 ünvanında olmuş, borclunun yaşadığı mənzilə əmlak siyahısı alınması məqsədi ilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadı və bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı qanunvericilik normalarını bildirir: “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Lakin “müvafiq məhkəmə” deyildikdə hansı məhkəmənin nəzərdə tutulduğu açıqlanmayıb. “Müvafiq məhkəmə” deyildikdə icra sənədini hansı növ məhkəmə (ümumi, kommersiya və inzibati məhkəmə) veribsə, icra məmurunun olduğu yer üzrə həmin növ üzrə birinci instansiya məhkəməsi nəzərdə tutulur. İcra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətin icra məmurunun olduğu yerin məhkəməsinə verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində müəyyən edilib. Bu maddədəki “hərəkət” ifadəsi “qərarı” da əhatə edir. Maddədəki “inzibati” ifadəsi əhəmiyyətini itirsə də, maddənin qalan hissəsi (icra məmurunun olduğu yerin məhkəməsi) öz əhəmiyyətini saxlayır. “İcra haqqında” Qanunun 26-cı maddəsində qeyd olunub: “İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət ... məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir”. Bu maddədə “məhkəmə” deyiləndə yalnız “icra sənədini vermiş məhkəmə” və ya “işə baxmış məhkəmə” deyil, bütünlükdə məhkəmə sistemi nəzərdə tutulur. İcra sənədinin hansı məhkəmə orqanının verməsindən və ya işə hansı məhkəmə orqanının baxmasından asılı olmayaraq AR-nın məhkəmə sisteminə daxil olan məhkəmə orqanları icra sənədinin vaxtında və düzgün icra edilməsinə öz səlahiyəti (ərazi, növ və instansiya üzrə səlahiyyəti) daxilində nəzarəti həyata keçirməlidir. Çünki məhkəmə orqanı qərarı öz adından deyil, AR adından qəbul edir. Bu zaman “nəzarət” deyiləndə tabeçilik nəzarəti deyil, icra sənədinin icrası ilə əlaqədar qanunda məhkəmələr üçün müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. “Nəzarət” anlayışının yalnız “icra sənədini vermiş məhkəmə” və ya “işə baxmış məhkəmə” ilə əlaqələndirilməsi nəzarətin özünün məhdudlaşdırılması ilə nəticələnə bilər. Çünki icra sənədi ölkənin müxtəlif yerlərində icra oluna bilər: borclunun yaşayış yerində, onun iş yerində, onun əmlakının olduğu yerdə (“İcra haqqında” Qanun, maddə 10). Hər yerin özünün məhkəməsi var. İcra sənədinin vermiş və ya işə baxmış məhkəmənin ölkənin bütün ərazisində icra sənədinin icrasına nəzarət etmək imkanı yoxdur. Ona görə də nəzarətin hansı hissəsini hansı məhkəmə orqanının həyata keçirməli olduğunu qanun müəyyən edir. Ona görə də hazırkı şikayət geri qaytarılmalı və tələbkara icra məmurunun olduğu yer üzrə, yəni Sabunçu Rayon Məhkəməsinə şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Tələbkar "xxxx" ASC Sabunçu rayon İcra şöbəsinin “icra sənədinin icra edilmədən geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 8(011)-804/22024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, Tələbkar "xxxx" ASC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:45-də başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:00-də qurtardı. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-804/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-804/2024
20.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver