Məhkəmə qərarları › İş №8(011)-809/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-809/2022

01.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-809/2022 01.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1, Borclu iştirakları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3406/2022-006 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu əmlakları üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3406/2022-006 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3692 manat və 56,92 manat məbəğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Xətai rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, sürətli bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “MERCEDES BENZ C200” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ E280” minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” yük markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı və “MERCEDES BENZ E270” minik markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillər müəyyən edilmişdir, hazırda icra sənədi üzrə borc 3748,92 manat təşkil edir, həmçinin ümumi məbləğin 7% icra ödənişi ödənilməmişdir, icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bununla bağlı icra sənədi üzrə Borclu məxsus olan daşınar əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında tələbkarın nümayəndəsi D.S.Tomayev izahat verərək bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3406/2022-006 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3692 manat və 56,92 manat məbəğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir, bugünə qədər borclu tərəfindən heç bir ödəniş edilməmişdir, bu hal tələbkarın hüquqlarını pozur. Sonda tələbkarın nümayəndəsi D.S.Tomayev təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, ürəyində stent var, hazırda işləmir, tələbkara ayda 15-20 manat ödəməyə razıdır, qeyd olunan avtomobillər onun deyildir, onları qohumlara satmışdır, malları yanmışdır, başqa şəxslərə də borcu vardır, borcu çoxdur, ödəyə bilmir. Sonda Borclu təqdimatın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3406/2022-006 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN Kondisioner üçün 1623.4 manat ödənilməmiş hissə, 162.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********21576 Samsung GalaxyA71 markalı telefon üçün 621.4 manat ödənilməmiş hissə, 62.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23301 Samsung Galaxy A21s markalı telefon üçün 384.4 manat ödənilməmiş hissə, 38.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Lenovo Komputer üçün 374 manat ödənilməmiş hissə, 37 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********73590 Samsung Galaxy A20s markalı telefon üçün 168.2 manat ödənilməmiş hissə, 16.8 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81186 Samsung Galaxy A70 markalı telefon üçün 163 manat ödənilməmiş hissə, 16 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********539** BQ ***5 markalı telefon üçün 21.2 manat ödənilməmiş hissə, 2.8 manat cərimə olmaqla, ümumilikdə 3692 (üç min altı yüz doxsan iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 (əlli altı) manat 92 (doxsan ik) qəpik tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş Borclu göndərilməsi qeyd edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, “MERCEDES BENZ C200” minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ E280” minik markalı **-KT- *** dövlət qeydiyyat nişanlı, “Ford Transit” yük markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı və “MERCEDES BENZ E270” minik markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyata alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Borclu (702552121; 702212176; 554357577; 519993998; 516788383; 508887591; 702272279; 702362121; ) Xətai rayon İcra şöbəsi tərəfindən on gün müddətində icranı təmin etməsi barədə SMS-bildirişlər göndərilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli icra ödənişinin alınması haqqında qərar qəbul edilmiş, Borclu 263 manat məbləğində icra ödənişi alınması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmənin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədiyindən, həmçinin borcluya bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti onun tərəfindən ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, məhkəmə mövcud borcun həcmini (3748,92 manat) nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “MERCEDES BENZ E280” minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə rədd edilməlidir. Məhkəmə, təqdimatın “Borclu məxsus olan digər avtomobillərin üzərinə həbs qoyulması” hissəsinə qiymət verərək hesab edir ki, borclunun icra sənədi üzrə borc məbləği (3748,92 manat), üzərinə həbs qoyulması nəzərdə tutulan daşınar əmlakların ümumi dəyərinə mütənasib deyil, borclunun mülkiyyətində olan avtomobillərin dəyəri iddia tələbinin həcmindən dəfələrlə yüksək olduğuna və məhkəmə tərəfindən həbs qoyulması müəyyən olunan əmlakın dəyəri məhkəmə sənədinin icrasını təmin etdiyindən, təqdimatda göstərilən borcluya məxsus digər avtomobillərin üzərinə həbs qoyulması məqsədəmüvafiq deyil. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus “MERCEDES BENZ E280” minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar