Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-81/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X2, Borclu Maraqlı şəxs iştirakı ilə, X3 Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-6912/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər faktiki nikah münasibətlərinə daxil olmuşlar. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X8 atası hesab edilmişdir. Tərəflər hazırda ayrı yaşayırlar. Uşaq iddiaçı ilə birlikdə yaşayır.
2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-6912/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin borcludan tutularaq ərizəçiyə ödənilməsi qət edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri:
3. Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6912/2022 qətnaməsinin icra üsulu və qaydasının dəyişilərək, xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0.61 misli məbləğində alimentin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Tələbkar ərizəsində qeyd etmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6912/2022 saylı qətnaməsinə əsasən, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün uşağın yetkinlik yaşına çatana kimi borcludan hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir. Belə ki, övladının saxlanması, sağlamlığı, təhslili, müalicəsi və digər xərclər hamısı onun öhdəsindədir və bu xərcləri o, təkbaşına qarşılamalı olur. Bu səbəbdən maddi çətinlik çəkir. Hazırda uşağın saxlanması və tələbatlarının heç olmasa bir hissəsinin ödənilməsi üçün borclu tərəfindən hər ay ən azı 250 manat alimentin ödənilməsi zərurəti yaranmışır.
b) Borclunun ərizəyə etirazının dəlilləri:
5. Borclu ərizəyə yazılı etirazını məhkəməyə göndərməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. Tələbkar iclas zamanı ərizəyə uyğun izahat verərək bildirdi ki, uşağın sağlamlığı, əməliyyatı üçün ödənilən alimentin məbləği kifayət etmir.
7. Borclu ərizəyə etiraz edərək bildirdi ki, onun başqa nikahdan üç övladı var. Onun qazancı yoxdur.
İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
8. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
9. Maddə 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
"Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli sərəncamı:
10. Minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilsin.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı:
11. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
12. 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
13. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
15. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
16. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.
18. İş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhər Xətai Rayo Məhkəməsinin 2(011)-6912/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin borcludan tutularaq ərizəçiyə ödənilməsi qət edilmişdir.
19. Məhkəmə xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin sonuncu dəfə 2022-ci ildə 193 manat müəyyən olunmasını və həmin ildə minimum aylıq əmək haqqının 300 manat olmasını nəzərə alaraq müəyyən edir ki, 2022-ci ildə minimum aylıq əmək haqqının 0,64 misli həddində aliment tutulması qət edildiyindən, ərizəçi hazırda minimum aylıq əmək haqqının 0,61 misli həddində alimentin məbləğinin müəyyən edilməsini xahiş etdiyindən, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunmalıdır.
20. Məhkəmə həmçinin qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edildiyindən, analoji olaraq indeksasiya qaydasında artırılan aliment məbləğinin tutulmasına da tətbiq edilir.
21. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 232, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6912/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Maraqlı şəxs tələbkar X5 ödənilməli olan alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı