Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-810/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2162/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəyə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X2 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə ondan 8411.13 manat məbləğində pulun və 104.11 manat dövlət rüsumunun «Kapital Bank” ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. O, hazırda heç bir yerdə işləmir. Əvvəllər Müdafiə Nazirliyində işləmiş, sonradan xəstəliyi ilə bağlı təqaüdə çıxmışdır. Qara ciyər serrozundan əziyyət çəkdiyinə görə pensiya alırdı. Bundan əvvəllər də Tələbkar ASC-dən kredit götürmüş və vaxtında da həmin kreditini ödəmişdir. Lakin onun pensiyası dayandırıldığı üçün banka olan borcunu vaxtında ödəyə bilmir. Tək qadındır və dolanmaqda maddi çətinlik çəkir. Onun borcunu birdəfəlik ödəmək imkanı yoxdur. O, borcun ödənilməsindən yayınmaq niyyətində deyil, maddi imkansızlıqdan borcunu ödəyib qurtara bilmir. O, borcunu hər ay hissəhissə ödəyə bilər. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə ondan tutulan pulun hər ay 30 manat olmaqla hissə-hissə ödənilməsi ilə bağlı qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tələbkarın və icra məmurunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı möhlət verilməsinə dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, X2 ərizədə qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən, eyni zamanda borclu tərəfindən ərizədə təklif edilən məbləğlə borcun ödənilməsi kifayət qədər uzun müddət vaxt tələb etdiyindən və tələbkar bankın mənafelərinə uyğun olmadığından ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-810/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-810/2022
12.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver