Məhkəmə qərarları › İş №8(011)-811/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-811/2023

16.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-811/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Borclunun nümayəndəsi X3 iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1721/2021-014 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1721/2021- 014 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 4, 141 nömrəli mənzilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1721/2021-014 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X1 avtomobilə vurulmuş maddi zərərə görə 7775 manat, müstəqil ekspertə ödənilmiş 150 manat, avtomobilin dayanacaqda saxlanmasına görə ödənilmiş 234 manat, hüquqi yardımdan istifadə edilməsinə görə ödənilmiş 100 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 8289 manat tutularaq, Tələbkar ödənilməlidir. 100 manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri X1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 4, 158 nömrəli mənzil, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllə, ev-, 229 nömrəli mənzil və Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 4, 141 nömrəli mənzil müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Tələbkar etibarnamə üzrə nümayəndəsi X8 şöbəyə ərizə ilə müraciət edərək, borclunun daşınmaz əmlakları olduğunu, tələbi həmin əmlaklara yönəltməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 4, 141 nömrəli mənzil daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunmuşdur. Borclunun nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək üzərinə həbs qoyulması tələb edilən mənzilin onların yeganə yaşayış yeri olduğu və tələbkar qətmanənin icrasında qərəzli şəkildə yayınmadığı üçün təqdimatın təmin edilməməsini xahiş etdi. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)- 794/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilovun əmlak üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilərək, Borclu Yedigar qızının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi ev 4, 141 saylı mənzil üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmişdir. Göründüyü kimi həbsin qoyulması tələb edilən əmlak üzərinə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-794/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad ilə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun (bundan sonra-Qanun) 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin qanunun 44.1-ci maddəsinə uyğun olaraq həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Həmin qanunun 44.2-ci maddəsinə əsasən həmin Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin qanunun 45.1- ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; Həmin qanunun 45.2- ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir; Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırıimasından, cnun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir; Həmin qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Hazırki işin hallarından görünür ki, Borclu mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 4, 141 nömrəli mənzilin üzərinə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-794/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulduğundan, həmin əmlakın üzərinə yenidən həbs qoyulması qeyrimümkündür. Belə olan halda məhkəmə hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1721/2021-014 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1721/2021-014 nömrəli, xx.xx.2021-ci il icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Borclu oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 4, 141 nömrəli mənzilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar