Məhkəmə qərarları › İş №8(011)-819/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-819/2022

01.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-819/2022 01.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5787/2021-006 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudov məhkəməyə təqdimatla müraciət edərək, borclu Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5787/2021-006 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu əsas borc kimi 990 manat, dəbbə pulu kimi 76,56 manat, ümumilikdə 1066 (min altmış altı) manat 56 (əlli altı) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir, icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir, borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır, lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir, hazırda icra sənədi üzrə borc 1096,56 manatdır, icra şöbəsi tərəfindən məcburi gətirilmə barədə qərar xx.xx.2022-ci il tarixdə qəbul edilərək borclunun ünvanına göndərilmişdir, həmin qərardan şikayət verilməmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5787/2021-006 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən İddia tələbi təmin edilmiş, Tələbkar ilə Borclu arasında imzalanmış xx.xx.2021-ci il tarixli su filtrlərinin satış müqaviləsi ləğv edilməsi, Borclu əsas borc kimi 990 manat, dəbbə pulu kimi 76,56 manat, ümumilikdə 1066 (min altmış altı) manat 56 (əlli altı) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş Borclu qeydiyyat üzrə ünvanına göndərilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmiş, Borclu Bakı şəhəri Xətai rayon icra şöbəsinə gətirilməsi, qərarın surətinin tərəflərə və məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmənin qəbul etdiyi qərarlarının icrası məcburi olduğundan, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğundan, Azərbaycan Respublikasında məhkəmə qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirildiyindən, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan, habelə icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqlarından, təqdimat əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, borclunun icra məmurunun çağırışlarına üzürsüz səbəbdən gəlməməsi icra sənədinin icrasını mümkünsüz etdiyindən, icra sənədi üzrə borclu tərəfindən heç bir ödəniş edilmədiyindən, Borclu barəsində qanunvericilikdə göstərilən məcburi gətirilmənin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5787/2021-006 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu - Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar