Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-819/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən verilmiş borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5506/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1990-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu X1 hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 193 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X3 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün “Elektron icra” sisteminə sorğular göndərilmiş, borclunun heç bir əmlakı aşkar edilməmişdir. Hal-hazırda 2895 manat aliment borcu mövcuddur. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. O, hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Təqdimatda icra sənədinin icrası ilə əlaqədar borclu X2 ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Borclu təqdimata etiraz edərək bildirmişdir ki, 06 noyabr 2023-cü il tarixdə 3088 manat Tələbkar hesabına ödəniş etmişdir. Bu səbəbdən məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. İş üzrə icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra işində olan materiallardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5506/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən borclu X1 hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 193 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan Tələbkar 11 oktyabr 2023-cü il tarixli müaciətindən görünür ki, Borclu 2023-cü ilin oktyabr ayı daxil olmaqla 2895 manat aliment borcu yaranmışdır. İş materiallarında olan borclu tərəfindən təqdim edilmiş 06 noyabr 2023-cü il tarixli 211 nömrəli ödəniş tapşırığından görünür ki, Xətai rayon İcra şöbəsinin depozit hesabında olan Xətai Rayon Məhkəməsinin 2(011)-5506 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu tərəfindən ödənilmiş 3088 manat pul vəsaiti Tələbkar hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5506/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu tərəfindən 06 noyabr 2023-cü il tarixdə tələbkara 3088 manat ödəniş edildiyindən, hazırkı mərhələdə qeyd olunan icra sənədi üzrə borc mövcud olmadığından, təqdimatın təmin edilməsi üçün zərurət aradan qalxmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Tural Rəhimov tərəfindən verilmiş borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-819/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-819/2023
16.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver