Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-823/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, X1 “icra məmurunun qərarının ləğv edilərək işin yenidən icraya yönəldilməsi” barədə şikayətinə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: X2 qərardan şikayətlə məhkəməyə müraciət edərək Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin böyük icra məmuru, 1-ci dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə qaytarılması haqqında” Qərarın ləğv edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10748/2016 saylı qətnaməsinin qət etdi hissəsində göstərilmiş və hazırda cavabdehdə qalmış əmlaklarının götürülməsi üçün mülki işin yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət X6 tərəfindən verilmiş, lakin onun tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, şikayət imzalanmadan məhkəməyə verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Həmin Məcəllənin 152.1.1-ci madddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: X1 “icra məmurunun qərarının ləğv edilərək işin yenidən icraya yönəldilməsi” barədə şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X5 izah edilsin ki, şikayətin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-823/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-823/2023
24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver