Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-827/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun borclu Cavabdeh barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov borclu Cavabdeh barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Xətai Rayon Məhkəməsinin 2(011)- 1053/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclunun İddiaçı qarşı nikahın pozulması və uşağın himayəyə verilməsi tələbi barədə ilkin iddiası tam, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşağın himayəyə verilməsi barədə qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 1833 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 Sevil Qasım qızının yanında saxlanılması, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. İddiaçı övladları - xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 20:00-dək, habelə uşaqların ad günləri, yəni hər il noyabr ayının 17-si və iyul ayının 27-si saat 10:00dan 14:00-dək, hər il Novruz və Yeni il bayramlarında 1 gün, saat 10:00-dan 21:00-dək Cavabdeh iştirakı olmadan ünsiyyətdə olması müəyyən edilmişdir. İcra sənədi xx.xx.2022ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin icra sənədinin icrası ilə bağlı borclu uşaqla görüş təyin etməmişdir. Tələbkar məhkəmə iclası zamanı izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsinin tələblərinə əməl etmədən hazırkı təqdimatla birbaşa məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən müddəanın mənasından aydın olur ki, icra məmuru borclunun məcburi gətirilməsi barədə məhkəməyə müraciət etməzdən əvvəl bununla bağlı qərar qəbul etməli və borclunun həmin qərardan şikayət vermə hüququnu gözləməklə bağlı qanunun imperativ göstərişinə əməl etməlidir. Təqdimata sözügedən qərar əlavə olunsa da, onun borcluya göndərilməsi və çatdırılması barədə təqdimata heç bir sübut əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, baxılan məsələ ilə bağlı, icra tədbirinin qanuna uyğun olubolmamasının yoxlanılması üçün hüquqi müəyyənlik prinsipinin şərtləri əsasında tətbiq ediləcək məcburi icra tədbirinin tətbiqi barədə məlumatların (bildirişlərin) aydın formada borcluya çatdırılması vacibdir. Borclu onun barəsində tətbiq ediləcək hər hansı icra tədbirinin nəticələri barədə aydın və anlaşılan şəkildə məlumatlandırılma hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi, təqdimata borclunun məcburi gətirilməsi barədə qərar və məlumat əlavə olunsa da, onun borcluya çatdırılması barədə icra məmuru məhkəməyə sübut təqdim etməmişdir. Bu hal isə, tətbiq ediləcək məcburi icra tədbirinin müəyyənlik, həmçinin qanunilik şərtinə cavab verməməsi deməkdir. Beləliklə, iş materialları əsasında müəyyən edilir ki, borclunun məcburi gətirilməsi barədə qərar ona qanunla müəyyən edilmiş qaydada göndərilmədiyindən və həmin qərardan borlunun qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququna şərait yaradılmadığından təqdimat təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin borclu Cavabdeh məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-827/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-827/2022
06.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver