Məhkəmə qərarları › İş №8(011)-828/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-828/2022

07.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-828/2022 07.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi – tələbkar X1, Borclu Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, Xətai rayon icra şöbəsini icra məmuru X4 iştirakları ilə Xətai rayon icra şöbəsini icra məmurunun hərəkətlərindən ərizəyə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsinin icra olunması üçün tədbirlər görülməsinin təmin edilməsi, məhkəmə qərarlarının icra olunmamasında təqsirkar olan Mirramil Abdullayev, Qoşqar Həmidov və İcra və probasiya şöbəsinin müdirinin cəzalanmasını təmin edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X.H.Dəmirov yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək, iş üzrə verilən ərizənin geri qaytarılmasını, işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizənin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Xətai rayon icra şöbəsini icra məmuru M.Abdullayev ərizənin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, ərizəni və materialları nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarıması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, ərizəçitələbkar X2 ərizənin baxılmamış saxlanması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, digər tərəflər ərizənin baxılmamış saxlanmasına etiraz etmədiyindən X1 ərizəsi ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 “məhkəmə qətnaməsinin icra olunması üçün tədbirlər görülməsinin təmin edilməsi, məhkəmə qərarlarının icra olunmamasında təqsirkar olan Mirramil Abdullayev, Qoşqar Həmidov və İcra və probasiya şöbəsinin müdirinin cəzalanmasını təmin edilməsi” barədə ərizəsi baxılmamış saxlansın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar