Məhkəmə qərarları › İş №8(011)-829/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-829/2022

07.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-829/2022 07.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Tələbkar İddiaçı, Borclu Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurları X13 və Xatir Məmmədovun iştirakları ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən verilmiş “qətnaməyə izah verilməsinə dair” ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov Bakı şəhəri Xətai rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "Bakı şəhəri, Nobel prospekti, 189 A saylı evin 83 nömrəli mənzilinə İddiaçı sahiblik və istifadə hüquqları tanınmalı, Cavabdeh1 və Cavabdeh2 üzərinə mübahisəli mənzilin ona təhvil verilməsi öhdəliyi qoyulmalı, Cavabdeh2 isə həmin mənzildən çıxarılmalıdır, icra sənədi üzrə Xətai rayon icra şöbəsində xx.xx.2020-ci il tarixdə başlanılmış icraat zamanı tələb borclular tərəfindən təmin edilməmişdir, icra sənədinin icrası xx.xx.2022-ci il tarixə təyin olunmuş, həmin vaxt mübahisə yaşayış binasının 83 saylı mənzilində icra sənədi üzrə borclu Cavabdeh2 yaşamadığı, Zaur Mirzəyev adlı şəxsin ailə üzvləri ilə birgə yaşadığı və həmin mənzilə dair çıxarışının olduğu, sözügedən mənzilin isə faktiki olaraq 78 saylı mənzil olduğunu bildirdiyindən icra təxirə salınmışdır (icra zamanı Z.Mirzəyev tərəfindən yerli quruma təqdim olunan Fövqəladə Hallar Nazirliyinin xx.xx.2018-ci il tarixli rəyində mübahisəli mənzilin 78 saylı mənzil olduğu qeyd edilmişdir), mübahisəli mənzilin yerini müəyyən etmək məqsədi ilə icra məmuru tərəfindən mütəxəssis dəvət edilməsi haqqında qərar qəbul edilərək icra olunması üçün aidiyyəti orqanlara göndərilmişdir, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli cavab məktubunda 83 saylı mənzilin qeydiyyatdan keçmədiyindən onun naturada yerləşməsinin müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6380/20 saylı qətnaməsində mübahisəli mənzilin yaşayış binasının 13-cü mərtəbəyə liftlə qalxdıqdan soldan 1-ci mənzilin 83 nömrəli olduğu qeyd edilmişdir, xx.xx.2022-ci il tarixdə qətnamədə qeyd edildiyi kimi mübahisəli ünvana gedilmiş, həmin mənzilin qapısı döyülmüş və baxış zamanı mənzildə Cavabdeh2 yaşamadığı, onun tərəfindən mənzilin Zaur Mirzəyev adlı şəxsə satıldığı, sözügedən mənzilin 78 saylı olduğu və çıxarışının olduğu müəyyən edilmişdir, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qət etdi hissəsində Cavabdeh2 Bakı şəhəri, Nobel prospekti, 189 A saylı evin 83 nömrəli mənzilindən çıxarılması qərara alınmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsində Cavabdeh2 həmin mənzilə dair çıxarışının olduğunun, lakin mənzildə yaşamadığı, orada digər şəxslərin yaşadığı qeyd edilmişdir. Bu fakt icra sənədinin verilməsinə əsas olmuş qətnamələrlə və tərəfimizdən də öz təsdiqini tapmış və bu barədə akt tərtib edilmişdir. İcra məmuru tərəfindən, Cavabdeh2 həmin mənzildən çıxarılması dedikdə həmin mənzilin tam şəkildə boşaldılması kimi başa düşmək olar mı sualı qoyulmuşdur. Məhkəmə iclasında Xətai rayon icra şöbəsinin icra məmuru X.Məmmədov bildirdi ki, icra sənədi üzrə Xətai rayon icra şöbəsində xx.xx.2020-ci il tarixdə başlanılmış icraat zamanı tələb borclular tərəfindən təmin edilməmişdir, icra sənədinin icrası xx.xx.2022-ci il tarixə təyin olunmuş, həmin vaxt mübahisə yaşayış binasının 83 saylı mənzilində icra sənədi üzrə borclu Cavabdeh2 yaşamadığı, Zaur Mirzəyev adlı şəxsin ailə üzvləri ilə birgə yaşadığı və həmin mənzilə dair çıxarışının olduğu, sözügedən mənzilin isə faktiki olaraq 78 saylı mənzil olduğunu bildirdiyindən icra təxirə salınmışdır, icra zamanı Z.Mirzəyev tərəfindən yerli quruma təqdim olunan Fövqəladə Hallar Nazirliyinin xx.xx.2018-ci il tarixli rəyində mübahisəli mənzilin 78 saylı mənzil olduğu qeyd edilmişdir, mübahisəli mənzilin yerini müəyyən etmək məqsədi ilə icra məmuru tərəfindən mütəxəssis dəvət edilməsi haqqında qərar qəbul edilərək icra olunması üçün aidiyyəti orqanlara göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda 83 saylı mənzilin qeydiyyatdan keçmədiyindən onun naturada yerləşməsinin müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6380/20 saylı qətnaməsində mübahisəli mənzilin yaşayış binasının 13-cü mərtəbəyə liftlə qalxdıqdan soldan 1-ci mənzilin 83 nömrəli olduğu qeyd edilmişdir, xx.xx.2022-ci il tarixdə qətnamədə qeyd edildiyi kimi mübahisəli ünvana gedilmiş, həmin mənzilin qapısı döyülmüş və baxış zamanı mənzildə Cavabdeh2 yaşamadığı, onun tərəfindən mənzilin Zaur Mirzəyev adlı şəxsə satıldığı, sözügedən mənzilin 78 saylı olduğu və çıxarışının olduğu müəyyən edilmişdir, qətnamənin icrası üçün Cavabdeh2 icra şöbəsinə çağırılmamışdır. Məhkəmə iclasında Xətai rayon icra şöbəsinin icra məmuru M.Abdullayev bildirdi ki, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "Bakı şəhəri, Nobel prospekti, 189 A saylı evin 83 nömrəli mənzilinə İddiaçı sahiblik və istifadə hüquqları tanınmalı, Cavabdeh1 və Cavabdeh2 üzərinə mübahisəli mənzilin ona təhvil verilməsi öhdəliyi qoyulmalı, Cavabdeh2 isə həmin mənzildən çıxarılmalıdır, qətnamənin icra olunması üçün mənzilin yerləşdiyi binaya getmiş, FHN rəyinə əsasən, binada yerləşən həmin mənzilə qalxmışdırlar, lakin həmin mənzildə Zaur Mirzəyev adlı başqa şəxs ailəsi ilə birlikdə yaşayır, onun həmin ünvan üzrə çıxarışı da vardır, icra zamanı Z.Mirzəyev tərəfindən yerli quruma təqdim olunan Fövqəladə Hallar Nazirliyinin xx.xx.2018-ci il tarixli rəyində mübahisəli mənzilin 78 saylı mənzil olduğu qeyd edilmişdir, qətnamənin icrası üçün Cavabdeh2 icra şöbəsinə çağırılmamışdır. Məhkəmə iclasında tələbkar İddiaçı izahat verərək bildirdi ki, qeyd olunan binada binalar 13-cü mərtəbəyədək mənzillərin sıralanması 1, 2, 3..73 kimi düzgün gedir, onların mərtəbəsində isə, bu sıralanma fırlanır, əksinə sıralanır, bu səbəbdən icra məmurları problem yaşayır, qətnamədə mənzilin hansı olması dəqiq göstərilmişdir, lakin qətnamə artıq neçə müddətdir ki, belə səbəblərdən icra olunmur, icra məmurları tez-tez dəyişir, artıq bu neçənci icra məmurudur ki, qətnaməni icra etmir, onlar işi bir-birlərinin üzərindən ataraq, qətnamənin icrasından yayınırlar. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili Vəkil bildirdi ki, hazırki mübahisəli mənzillə bağlı Yasamal rayonunda Qətnamə çıxarılmış, məhkəmə 78 saylı mənzili tanımışdır, həmçinin 78 saylı mənzili tələbkarın mənzili ilə eyni deyildir, belə ki, həmin mənzilin ümumi sahəsi tələbkarın mənzilindən fərqlənir. Məhkəmə, işdə iştirak edən şəxslərin və icra məmurlarının izahatlarını, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməyə izah edilməsinə dair icra məmurunun ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınması, cavabdehlərin üzərinə həmin mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi qoyulmuş, Cavabdeh2 həmin mənzildən çıxarılması qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2010-cu il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bir tərəfdən "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X5 (İcraçı) digər tərəfdən X6 ilə bağlanmış müqavilə öz razılıq ərizəsinə əsasən ləğv edilərək gələcəkdə payçı adlandırılacaq İddiaçı arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin əsas predmeti Bakı şəhəri, Nobel prospekti, 189 A ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi tikinti sahəsi 141.2 kv.m, 83 saylı izolə olunmuş 3 otaqlı mənzildən ibarətidir, mənzilin dəyəri 61835 manat təşkil edir və yeni payçı İddiaçı tərəfindən əvvəlki payçı X3 ödənilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, tikinti işləri tam başa çatdırıldıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir, təhvil-təslim hər iki tərəfin imza ilə təsdiq etdiyi akt əsasında qanuniləşir. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, Ü.Əkbərli, T.Yusifli, E.Əliyev, A.Əsgərov, Cavabdeh2 və M.Babayevin iştirakı ilə tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında yerləşən 1 bloklu yaşayış evinin 13-cü mərtəbəsində, ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı, 83 nömrəli mənzildə əsaslı dəyişikliklərin və təmir işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərara əsasən icra sənədində göstərilən ünvanda olmuşlar, ünvanda təmir tikinti işləri gedirdi, təmir tikinti işlərinin aparılması evin sahibləri Cavabdeh2 və RRR MTK-ya qadağan edildi, onlara məsuliyyətləri və hüquq və vəzifələri izah olundu. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, 2(011)-307/2019 saylı mülki iş materiallarına baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən Cavabdeh1 MTK-nın Bakı şəhəri Nobel prospekti 189a ünvanında inşa etdiyi 16 mərtəbəli 1 bloklu yaşayış evinə yerində baxış keçirilmiş, baxış zamanı Bakı şəhəri Nobel prospekti 189a ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasının16 mərtəbəli olması, 1-ci mərtəbənin qeyri-yaşayış sahələri üçün nəzərdə tutulduğu, yaşayış sahələrinin 2-ci mərtəbədən başlanması, hər mərtəbədə müqavilələr üzrə sahələri 95,6 kv.metr, 96,5 kv.metr, 102 kv.metr, 134,5 kv.metr, 141,2 kv.metr, 141,5 kv.metr və 168,5 kv.metrdən ibarət olan 7 mənzil olmaqla, binada cəmi 105 mənzilin olması, 1-7 saylı mənzillərin 2-ci mərtəbədə, 8-14 saylı mənzillərin 3-cü mərtəbədə, 15-21 saylı mənzillərin 4-cü mərtəbədə, 22-28 saylı mənzillərin 5-ci mərtəbədə, 29-35 saylı mənzillərin 6-cı mərtəbədə, 36-42 saylı mənzillərin 7-ci mərtəbədə, 43-49 saylı mənzillərin 8-ci mərtəbədə, 50-56 saylı mənzillərin 9-cu mərtəbədə, 57- 63 saylı mənzillərin 10-cu mərtəbədə, 64-70 saylı mənzillərin 11-ci mərtəbədə, 71-77 saylı mənzillərin 12-ci mərtəbədə, 78-84 saylı mənzillərin 13-cü mərtəbədə, 85-91 saylı mənzillərin 14-cü mərtəbədə, 92-98 saylı mənzillərin 15-ci mərtəbədə və 99-105 saylı mənzillərin isə 16-cı mərtəbədə yerləşmələri müəyyən edilmişdir. Baxış keçirilmiş sənədlər və dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, mənzillərin sıralanması hər bir mərtəbədə yerləşən mənzillərin müqavilələr üzrə ən kiçik sahəsi olanından başlayaraq sahələrin artmasına uyğun olaraq həmin mərtəbəyə aid olan sira saylarının mütənasib artması ilə təyin edilməsi müəyyən olunmuşdur. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 189A ünvanında yerləşən 1 bloklu binanın 13-cü mərtəbəsinə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, binanın yaşayış sahələri 2-ci mərtəbədən başlayır, birinci mərtəbə qeyri-yaşayış sahəsidir, mərtəbələrdə olan mənzillər faktiki olaraq Cavabdeh1 MTK tərəfindən nömrələnmişdir, 13cü mərtəbəyə liftlə qalxarkən soldan 1-ci olan mənzil mübahisələndirilən 83 saylı mənzildir, 3 otaqlıdır və təmirli vəziyyətdədir, cavabdehin razılığı ilə onun qohumu olan X9 7 aydır ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, cavabdehə məxsus 78 saylı mənzil həmim mərtəbədə olmaqla mübahisələndirilən mənzillə üzbə-üz hissədə yerləşir. Həmin Qətnamə ilə məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisələndirilən 83 saylı mənzilə dair "xxxx" MTK və İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmişdir, həmin binanın 13-cü mərtəbəsində olan digər- 78 saylı mənzilə dair Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı qətnaməsi ilə X1 və istifadə hüququ tanınmışdır, həmin məhkəmə qətnaməsi ondan verilmiş şikayət əsasında Bakı Apelyasiya Məhkəməsinin icraatına qəbul edilmiş, lakin həmin iş üzrə icraat dayandırıldığından qanuni qüvvəsini almamışdır, bununla bərabər həmin 78 saylı mənzilə Cavabdeh2 tam mülkiyyət hüququ vardır, iddiaçıya və cavabdehə aid mənzillərin hər ikisi yaşayış binasının 13-cü mərtəbəsində yerləşir, hər ikisi 3 otaqdan ibarətdir və onlar fərqli mənzillərdir, iddiaçıya məxsus 83 saylı mənzil hazırda cavabdehin sahibliyindədir lakin o, həmin mənzildə yaşamır və mənzildə hazırda cavabdehin razılığı ilə yaxın qohumu yaşayır. Mübahisəli mənzilin 83 saylı mənzil olmaqla icra hərəkətlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq cavabdehin faktiki sahibliyində olması, həmçinin müqavilə əsasında iddiaçı mənzilinin 83 saylı, cavabdehin mənzilinin isə 78 saylı olması, hər iki mənzilin 3 otaqdan ibarət olmaqla yaşayış binasının 13-cü mərtəbədə yerləşməsi işin mübahisəsiz hallarıdır. Bununla belə, mübahisəli mənzilə dair iddiaçının əmlak hüquqlarını istisna edən hallar, həmçinin həmin mənzilin cavabdehin əmlak hüquqlarını, o cümlədən istifadə və sahiblik hüququnu müəyyən edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 6380/2020 saylı Qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin olunmamış, Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 189 A, mənzil 78, (ümumi sahəsi 130.50 kv.m) tam paylı xüsusi mülkiyyət hüququ üzrə X4 adına xx.xx.2020ci ildə qeydiyyata alınmışdır. Məhkəmə, əvvəla qeyd edir ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X11 xx.xx.2022-ci il tarixdə məhkəməyə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 728/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə izah verilməsi barədə eyni məzmunlu ərizəsi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(011)-278/2022 saylı Qərardadı vardır, həmin Qərardadla ərizə rədd edilmiş və qanuni qüvvəsini almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, ərizə üzrə izah verilməklə “borclu Cavabdeh2 başqa digərlərinin də mübahisəli mənzildən çıxarılması və həmçinin mənzilin boşaldılması” məsələsinə qiymət verilməsi, qətnamənin məzmununun dəyişdirilməsinə səbəb olur ki, bu da qanunvericiliyə əsasən, yolverilməzdir, ikincisi, izah verilməsi xahiş olunan qətnamə ilə “mübahisəli mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınması, cavabdehlərin üzərinə həmin mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi qoyulmuş, Cavabdeh2 həmin mənzildən çıxarılması” nəzərdə tutulmuşdur ki, bu da mübahisəli mənzildə iddiaçının sahiblik və istifadə hüququnun tanınması, bununla da həmin mənzilin ona təhvil verilməsini özündə ehtiva etməklə, icra sənədinin icrasının mümkünsüzlüyünü istisna edir. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırkı mənzil icra aktı əsasında borcluya təhvil verilmiş, hazırkı icra işi üzrə borclular icra sənədi verilmiş mülki iş üzrə bütün instansiya məhkəmələrində mübahisəli mənzil üzrə tərəflər olmaqla mənzilə dair subyektiv hüquqa iddialı olmuşlar ki, bu da həmin mənzil üzrə çıxarılmış məhkəmə qətnaməsinin icrasında onların məsuliyyətinə əsas yaradır. Bununla bərabər məhkəmə həmin Qərardadla onu da qeyd etməyi zəruri hesab etmişdir ki, icra sənədinin mümkünsüzlüyü, bütün zəruri icra hərəkətlərinin başa çatması ilə əlaqələndirilməlidir ki, hazırkı icra işi üzrə də bu hallar müəyyən olunmur. Hazırkı ərizə üzrə də məhkəmə həmin mövqedən çıxış edir və əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, icra məmurunun yeni hal kimi irəli sürdüyü “Zaur Mirzəyevin həmin mənzilə dair çıxarışının olması” barədə dəlilləri yenidən icra sənədinin izah verilməsi üçün əsas hesab oluna bilməz. Belə ki, iş materiallarında olan elektron çıxarışdan göründüyü kimi, X7 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 130.50 kv.m olan mənzilin sahibidir, halbuki məhkəmə qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə sahiblik və istifadə hüququ tanınması, cavabdehlərin üzərinə həmin mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi qoyulmuş, Cavabdeh2 həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə, icra məmurunun və borclu Cavabdeh2 vəkilinin yeni hal kimi irəli sürdüyü “mübahisəli mənzilin faktiki olaraq 78 saylı mənzil olması” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, Xətai rayonu, Nobel prospekti ev 189A ünvanında yerləşən 78 saylı mənzilə Cavabdeh2 tam mülkiyyət hüququnun olması, iddiaçıya və cavabdehə aid mənzillərin hər ikisinin 3 otaqdan ibarət olmaqla yaşayış binasının 13-cü mərtəbəsində yerləşməsi, müqavilə əsasında iddiaçının – İddiaçı mənzilinin 83 saylı, cavabdehin – Cavabdeh2 mənzilinin isə 78 saylı olması, həmin mənzillərin 83 saylı və 78 saylı olmaqla fərqli mənzillər olması, mübahisəli mənzilin iddiaçıya məxsus 83 saylı mənzil olması və onun hazırda cavabdehin faktiki sahibliyində olması, cavabdehin isə həmin mənzildə yaşamaması və mənzildə cavabdehin razılığı ilə yaxın qohumunun yaşaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş hallarıdır, həmin halların qarşılığında, kənar şəxsin (Z.Mirzəyevin) tələbkara aid 83 saylı mənzildə yaşaması səbəbi kimi 78 saylı mənzilə çıxarışının olması halı ilə icra sənədi üzrə icra məmuru tərəfindən verilmiş ərizə əsaslı hesab edilə bilməz və belə icra hərəkətləri icra işinin gedikdirilməsi ilə haqlı narazılığa səbəb olmaqla yanaşı, məhkəmə qətnaməsinin də icrasını ləngidən süni maneələrdir. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanununun 14.2-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268 və İcra Haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun “Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməsi” barədə ərizəsi təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar