Məhkəmə qərarları › İş №8(011)-839/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-839/2024

30.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-839/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, X1 icra sənədi üzrə icraatın təzələnməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsnin xx.xx.2024-cü il tarixli, 8(011)-623/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 3656/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və K.H.Əkbərov) iddiaçı X6 və cavabdeh "xxxx" MTK tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Xətai Rayon Məhkəməsinin 2(011)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbinin təmin edilməsi, cavabdehlər Borclu1, Borclu2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq iddiaçı X5 təhvil verilməsi, iddiaçı X3 həmin mənzilə köçürülməsi,qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilkin iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun iddiaçı X5, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-ya cavabdehlər Borclu1, Borclu2 müştərək qaydada tutularaq verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3656/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra vərəqəsi verilmiş və iş icra üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmşdir. Xətai rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli Qərardadı 8(011)- 623/2024 nömrə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3656/2023 nömrəli 15 avqust 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş və Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icraatında olan icra işi dayandırılmışdır. Məhkəmə Maraqlı şəxs tərəfindən əlavə kassasiya şikayəti verdiyi üçün işi dayandırılması barədə qərardad çıxartmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinn 13(102)- 126/2024 nömrəli 30 iyul 2024-cü il tarixli Qərarı ilə işə əlavə kassasiya qaydasında baxılması haqqında Maraqlı şəxs tərəfindən verilmiş ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və işdə iştirak etmiş şəxslər ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Buna görə də şikayət təmin edilməlidir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-276/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 cavabdehlər Borclu1, Borclu2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, iddiaçının həmin mənzilə köçürülməyi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, X6 ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında ünvan 1 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli mənzilə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3556/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X6 və cavabdeh "xxxx" MTK tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi təmin edilmiş, cavabdehlər Borclu1, Borclu2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq iddiaçı X5 təhvil verilməsi, iddiaçı X3 həmin mənzilə köçürülməsi, qarşılıqlı iddia tələbi təmin edilməmiş, ilkin iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 (yüz əlli) manat dövlət rüsumunun iddiaçı X5, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-ya cavabdehlər Borclu1, Borclu2 müştərək qaydada tutularaq verilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4608/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh Borclu1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2023-cü il tarixli 2(103)-3656/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan mübahisə ilə bağlı X4 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4608/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində Ali Məhkəməinin Plenumuna əlavə kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əlavə kassasiya qaydasında baxılmasına dair məhkəmə tərkibinin xx.xx.2024-cü il tarixli, 13(102)-126/2024 saylı qərardadı ilə işə əlavə kassasiya qaydasında baxılması haqqında Maraqlı şəxs tərəfindən verilmiş ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-839/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3656/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş və Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icraatında olan icra sənədi üzrə icraat dayandırılması qərara alınmışdr. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-cı maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icraat dayandırılmalıdır. Həmin Qanunun 19.1.6-cı maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək icraat dayandırılır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 423.2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əlavə kassasiya qaydasında baxılmasına dair məhkəmə tərkibinin xx.xx.2024-cü il tarixli, 13(102)-126/2024 saylı qərardadı ilə işə əlavə kassasiya qaydasında baxılması haqqında Maraqlı şəxs tərəfindən verilmiş ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edildiyindən, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-cı maddəsinə əsasən ərizənin deyil, məhz kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunduğu təqdirdə icraatın dayandırılması məcburi olduğundan, ərizə təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3656/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat təzələnərək, icra hərəkətləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsnin xx.xx.2024-cü il tarixli, 8(011)-623/2024 nömrəli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3656/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat təzələnsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar