Məhkəmə qərarları › İş №8(011)-84/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-84/2023

03.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-84/2023 03.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Borclu ilə Tələbkar arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə müraciətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov Borclu ilə Tələbkar arasında bağlanmış barışıq sazişinin təsdiq olunması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Tələbkar məhkəmə baxışı zamanı izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Borclu məhkəmə baxışı zamanı izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə tələbkarın və borclunun izahatlarını dinləyərək, icra məmurunun müraciətini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. İşdə olan icra vərəqəsindən görünür ki, Tələbkar Borclu qarşı nikahın pozulması və əmlak tələbi barədə iddiası qismən təmin edilərək, onlar arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 336 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları Tələbkar yanında qalmas, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində alimentin borcludan tutularaq tələbkara ödənilməsi, "Toyota Rav-4” minik markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair ½ hissədə tələbkarın, digər ½ hissədə isə borclunun payları (mülkiyyət hüquqları) müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmçinin, iş materiallarından müəyyən edilir ki, tələbkarla borclu qətnamənin icrası mərhələsində "Toyota Rav-4” minik markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin bölgüsü ilə bağlı razılığa gələrək bu barədə xx.xx.2023-cü i tarixdə Barışıq sazişi bağlamışlar. Məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək avtomobillə bağlı mübahisənin həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, tərəflərin barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu ilə Tələbkar arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şrtlərlə təsdiq edilsin:

1. Cavabdeh Borclu və iddiaçı Tələbkar Xətai Rayon Məhkəməsinin 2(011)-309 saylı xx.xx.2022-cu il tarixli qətnaməsinin alimentin təyin olunması, uşağın anasının yanında saxlanılmasına dair hissədə hər hansı dəyişiklik və əlavələr edilmir.

2. Tərəflər bəyan edirlər ki, “Toyota Rav-4” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti 35000 manat məbləğində müəyyən edilir.

3. Tərəflər bəyan edirlər ki, 35000 manat məbləğində müəyyən edilmiş avtomobilin ½ hissəsini naturada bölərək cavabdeh 17500 manat pul vəsaitini iddiaçı Tələbkar ödəməklə avtomobilə tam mülkiyyət hüququnu əldə edir.

4. İddiaçı Tələbkar avtomobilin ½ hissəsi olan 17500 manat pul vəsaitini alaraq ½ hissədə olan payından imtina edir.

5. Bu barışıq sazişi məhkəməyə təsdiq olunması üçün göndərilənədək cavabdeh Borclu 17500 manat pul vəsaitini Xətai rayon icra şöbəsinin depozit hesabına köçürür.

6. Bu barışıq sazişi təsdiq olunduqdan və sözügedən avtomobil üzərindən həbs götürüldükdən sonra Xətai rayon icra şöbəsinin depozit hesabına köçürülmüş 17500 manat pul vəsaiti iddiaçı Tələbkar bank hesabına köçürülür.

7. Tərələr bəyan edirlər ki, “Toyota Rav-4” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair naturada pulun ödənilməsi öz iradələri daxilində həyata keçirilir və bir daha bu barədə hər hansı iddiada olmurlar.

8. Bu barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduqdan sonra eyni zamanda sazişdə qeyd olunan avtomobilə dair müddəaların icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi üçün əsasdır.

9. Bu barışıq sazişi təsdiq olunduqdan və sazişdə qeyd olunanlar icra olunduqdan sonra Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-309 saylı xx.xx.2022-cu il tarixli qətnaməsinin avtomobilə dair hissəsinin icrası tələb olunmur.

10. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 2 səhifədən, 3 nüsxədə tərtib olunur və imzalanır.Tərəflərin hər birinə 1 nüsxə verilir. 1 nüsxə Xətai rayon İcra şöbəsinə verilir ki, Xətai Rayon Məhkəməsinə təsdiq olunması üçün göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar