Məhkəmə qərarları › İş №8(011)-842/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-842/2022

12.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-842/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Tələbkar, Borclu iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6806/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Tural Rəhimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “X7” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6806/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 14, mənzil 241 (yeni qaydalarla ünvan 1 ünvanında yerəşən 3 otaqlı mənzilə dair Tələbkar 2/5, X2 3/5 hissədə payı müəyyən edilməlidir, 2019-cu iin sentyabr-mart ayları üzrə kredit ödənişi olaraq Tələbkar tərəfindən "xxxx" ASCyə ödənilmiş 5402,74 manat pul məbləğinin 3/5 hissəsini təşkil edən 3241 manat 62 qəpik pul məbləği X1 alınaraq Tələbkar ödənilməlidir, 2019-cu ilin aprel ayından başlayaraq xx.xx.2042-ci il tarixədək hər ay X1 463,09 manat pul məbləğ tutularaq Tələbkar ödənilməlidir, icra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir, borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir, belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “X7” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Tələbkar izahat verərək bildirdi ki, əmlakın üzərinə həbs qoyulmasını istəyir, icra məmuru tərəfindən dəfələrlə borcluya zəng edilmişdir, borclu müxtəlif bəhanələrlə icra şöbəsinə yaxınlaşmamışdır, bunu icra məmuru da təsdiq edə bilər, hazırda özü 1150 manat aliment ödəyir. Sonda Tələbkar təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu təqdimata etiraz edərək bildirdi ki, ona könüllü icra barədə heç bir bildiriş gəlməmişdir, əvvəl pulu tələbkarın özünə ödəsə də, sonradan bilmişdir ki, pul onun - tələbkar tərəfindən banka ödənilmir, bu səbəbdən icra sənədi üzrə ödənişləri banka ödəməyə başlamışdır, banka 18.500 manat pul ödəmişdir, bu barədə ödəniş qəbzlərini də məhkəməyə təqdim etmişdir, borclu özü ipotekanı ödəmir, maşını idarə edərkən, onun üzərinə həbs qoyulduğunu öyrənmiş, bu səbəbdən 6 avqustda icra şöbəsinə müraciət etmişdir, lakin onun ərizəsinə baxılmır, halbuki 11 avqustda tələbkarın verdiyi ərizəyə baxılmışdır, tələbkar mənzilin satışına şifahi razılıq verir, amma o, həm evi satmaq, həm də 16000 manat məbləği ondan məhkəmə yolu ilə almaq istəyir. Sonda Borclu təqdimatın rədd edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, Xətai rayon icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun və tələbkarın izahatlarını, təqdimat və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6806/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 14, mənzil 241 (yeni qaydalarla ünvan 1 ünvanında yerəşən 3 otaqlı mənzilə dair Tələbkar 2/5, X2 3/5 hissədə payı müəyyən edilməlidir, 2019-cu iin sentyabr-mart ayları üzrə kredit ödənişi olaraq Tələbkar tərəfindən "xxxx" ASC-yə ödənilmiş 5402,74 manat pul məbləğinin 3/5 hissəsini təşkil edən 3241 manat 62 qəpik pul məbləği X1 alınaraq Tələbkar ödənilməlidir, 2019-cu ilin aprel ayından başlayaraq xx.xx.2042-ci il tarixədək hər ay X1 463,09 manat pul məbləğ tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildirişin surəti 06 avqust 2022-ci il tarixdə “Borclu” tərəfindən imzalanmaqla alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Tələbkar xx.xx.2022-ci il tarixdə Xətai rayon icra şöbəsinə yazılı ərizə ilə müraciət edərək bildirmişdir, Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli icra vərəqəsi icrası ilə əlaqədar X3 tərəfindən ona ödənilməmiş məbləğ 16 min 208,14 manat təşkil edir, borclu barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş Borclu tərəfindən Xətai rayon İcra şöbəsinin rəisi Vüqar Qasımova ünvanlanmış xx.xx.2022-ci il tarixdə İcra şöbəsi tərəfindən təhvil alınmış Ərizənin surətindən görünür ki, Borclu Tələbkar tərəfindən ödənişlər edilmədiyi üçün icra sənədi üzrə ödənişlərin banka edildiyini bildirmiş, bugünə qədər ona icra şöbəsindən hər hansı bir məktub göndərilmədiyini, lakin Ceyhun Həmidov tərəfindən ona məxsus avtomoilə məhdudiyyət qoyulduğunu bildirmiş, həmin məhdudiyyətin götürülməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş X4 və Tələbkar arasında bağlanmış xx.xx.2017-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi ev 14, mənzil 241 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil sonuncunun mülkiyyətinə verilmiş, ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, X3 tərəfindən standard aylıq ödəniş olmaqla İpoteka və kredit Zəmanət Fonduna, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə 771,82 manat, həmçinin xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 180 manat, xx.xx.2021-ci il tarixə 310,34 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixə 200 manat, xx.xx.2022-ci il tarixdə 121 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 259,19 manat ödəniş etmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, “X7” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu adına qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarına əsasən məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3cü maddəsinin müddəalarından çıxış edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Mütənasiblik prinsipinin əsas elementlərindən biri də odur ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Lakin iş materiallarından, Borclu məxsus “X7” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması üçün qanunla nəzərdə tutulan əsasların olmaması, borclunun 16 iyun 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin surətini 06 avqust 2022-ci il tarixdə rəsmi qaydada alması, onun tərəfindən 2020-2022-ci illər ərzində icra sənədi üzrə aylıq ödənişlərin edilməsi (xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə 771,82 manat, həmçinin xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 180 manat, xx.xx.2021-ci il tarixə 310,34 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixə 200 manat, xx.xx.2022-ci il tarixdə 121 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 259,19 manat aylıq standard ödəniş), habelə təqdimatı verən orqanının nümayəndəsinin məhkəmə iclasında iştirak etməyərək təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməməsi təqdimatın təmin olunması mümkünlüyünü aradan qaldırır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə borclunun əmlakının üzərinə həbs qoyulması qətnamənin icrasına şərait yaratmaqdan daha çox borclunun mülkiyyət hüquqlarının pozulmasına səbəb olacağından təqdimat əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun Borclu məxsus “X7” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulması barəsində təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar