Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-86/2024 02.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi, Tələbkarın nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus “MERCERES 230” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)- 7136/2023-008 nömrəli icra sənədinə əsasən borclu X1 2611 manat məbləğində pul məbləği və 46,11 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir.
3. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.
4. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “MERCEDES 230” minik markalı 10-UO393 dövlət qeydiyyat nişanlı avtomobil vardır.
5. Ona görə də, icra sənədi üzrə Borclu məxsus “MERCEDES 230” markalı, **-UO- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunur.
Tərəflərin izahatı:
6. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin qətnaməsinin icrası borcludan tələb edilmiş lakin, indiyi qədər borclu tərəfindən heç bir ödəniş ödənilməmişdir. Məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir.
7. Borclu və Xətai rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. AR MPM-nin 166.2-ci maddəsinə əsasən, cavabdehin və icra məmurunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
8. İcra haqqında Azərbaycan Respublikası Qanunu: 43.1 məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1 borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. 45.1 tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2 icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3 borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.6. tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.1 icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2 borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
İşə baxan məhkəmənin mövqeyi:
9. Məhkəmə təqdimatı, icra işini və əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir.
10. Belə ki, icra məmurunun təqdimatına əlavə edilmiş elektron icra sistemindən çıxarışa əsasən, “MERCEDES 230” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyatdan keçirilmiş, onun mülkiyyətindədir. Həmçinin, məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə sorğular verilmiş və Borclu adına qeydiyyatdan keçirilmiş “MERCEDES 230” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən edilmişdir.
11. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Boucke Çernoqroya qarşı 2012-ci il işində qeyd edilir ki, dövlət öz səlahiyyətləri daxilində yekun məhkəmə qərarını icra etmək üçün bütün lazımi addımları atmaq öhdəliyi daşıyır. Əks halda o, 6-cı maddənin 1-ci bəndində göstərilən tələblərə uyğun davranmamış olacaq. AİHM qeyd etmişdir ki, məhkəmə qərarlarının icra prosesi mahiyyət etibarı ilə tez bir zamanda həyata keçirilməlidir. (Oxşar mövqeyə Felbab Serbiyaya qarşı işində, Comingersoll S.A. Portuqaliyaya qarşı işində də rast gəlinir)
12. Təqdimata məhkəmə baxışı zamanı borclunun icra sənədini icra etməməsi, həmçinin borclunun icra sənədindən və icra sənədini icra etmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyindən xəbərdar olması öz təsdiqini tapmışdır.
13. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır. 14.Qeyd olunan faktlara əsasən məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyi halda icra məmuru İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən səlahiyyətlərindən istifadə etməklə icra sənədinin icrasını təmin etməli olduğundan təqdimat təmin edilərək Borclu adına qeydiyyatdan keçirilmiş “MERCEDES 230” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır.
15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ:
1. Təqdimat təmin edilsin.
2. Borclu məxsus “MERCEDES 230” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun.
3. Qərardadın icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsimə və AR DİN Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Samirə Eyvazova