Məhkəmə qərarları › İş №8(011)-863/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-863/2023

25.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-863/2023 25.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(011)-769/2020 saylı qətnaməsindən X2 tərəfindən verilmiş “qətnamənin icrasına möhlət verilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, ərizədə göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-769/2020 saylı 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə X3 12000 manat pul vəsaiti iddiaçı Tələbkar xeyrinə tutulması, iddia tələbi “6000 manat əldən çıxmış fayda” hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 66%, yəni 20 manat cavabdeh X4 iddiaçı Tələbkar xeyrinə tutulması, qalan 34%, yəni 10 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Hal-hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-769/2020 saylı 25 fevral 2020-ci il tarixli icra sənədi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatında olmaqla icra tədbirləri davam etdirilir. X6 qətnamənin icrasından yayınmaq niyyəti olmamışdır və yoxdur, sadəcə bu onun maddi durumu ilə bağlıdır. Onun himayəsində xəstə valideynləri vardır. X6 qətnamənin icrasından möhlət verilmədikdə onsuz da ağır olan vəziyyəti daha da ağırlaşacaqdır. Bununla da qətnamənin icrasına nail olmaq mümkün olmayacaqdır. Göstərilənləri nəzərə alaraq, ərizədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 769/2020 saylı 25 fevral 2020-ci il tarixli qətnaməsinin icrasına 1 il möhlət verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Tələbkar vəkili Vəkil borclunun ərizəsinə etiraz edərək, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin X1 nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin icra edilməsinə möhlət verilməsinə dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” AR Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəyə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilir ki, X7 "xxxx" MMC-də həkim vəzifəsində işləməklə, aylıq əmək haqqı 400 manat, “Respublika Perinatal Mərkəzi” X11 həkim vəzifəsində işləməklə, aylıq əmək haqqı 1444 manat təşkil edir. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilir ki, X5 mülkiyyətində “VAZ 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil vardır. Məhkəmə belə qənaətə gəlir ki, X2 ərizədə qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyinə görə, bunun əksi olaraq onun iş yeri və əmlakının mövcud olduğu sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 «məhkəmə qətnaməsinin icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar