Məhkəmə qərarları › İş №8(011)-865/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-865/2024

15.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-865/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Tələbkar-şikayətçilər X4 və X1 nümyəndəsi-vəkili Vəkil iştirakı ilə, X4 və X2 tərəfindən “Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Vidadi Mahmudov) hərəkətsizliyindən” verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələbkar- şikayətçilər X4 və X2 şikayət ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 209845/2020-1- 30-016 nömrəli icra işi üzrə borclu "xxxx" MMC-nin barəsində "İcra haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məcburi icra tədbirlərinin ardıcıl olaraq tətbiq edilməsi və Nərimanov Rayon Məhkəməsinin 2(005)-3730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 30/78A ünvanda yerləşən "xxxx" MMC-nə məxsus hündür mərtəbəli 283 mənzilli binanın altında yerləşən və hazırda Borclu MMCnin balansında olan və üzərinə həbs qoyulmuş 36 qaraj üzərinə icra tədbirləri çərçivəsidə həbs qoyularaq borcun tutulmasının borclu "xxxx" MMC-nin qeyd edilən əmlaklarına yönəldilməsinin öhdəlik olaraq Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(011)-865/2024 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-173/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi ilə bağlı Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatında olan 209845/2020-1-30-016 nömrəli icra işi üzrə icra məmuru Vidadi Mahmudovun hərəkətləri qanunsuz hesab edilməsi qərara alınmış, şikayət qalan hissədə təmin edilməmişdir. X4 və X2 həmin qərardaddan şikayət verərək, Хətаi rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-865/2024 sаylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-865/2024 saylı qərardadı ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında tələbkarların nümyəndəsi-vəkili Rufat Axundof şikayəti müdafiə edərək izahatında bildirdi ki, iddiaçılar Hacıvəliyeva Narlǝ İsmixan qızı və X4 cavabdeh "xxxx" MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə iddia ərizəsi Nərimanov Rayon Məhkəməsininə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin 2(005)-173/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə iddia qismən təmin edilərək "xxxx" MMC-dən 10925 manat və 6120 ABŞ dolları X3, 10289 manat və 6120 ABŞ dolları X1 xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə iddiaçılar X2 və X4 cavabdeh "xxxx" MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddianın təmin etmə tədbiri haqqında ərizə ilə Nərimanov Rayon Məhkəməsininə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin 2(005)-3730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 30/78A ünvanda yerləşən Xudafərin" MMC-nə məxsus hündür mərtəbəli 283 mənzilli binanın altında yerləşən və hazırda Xudafərin" MMC-nin balansında olan 36 qaraj üzərinə həbs qoyulmuşdur. Həmin qərardad qanuni qüvvəyə minmiş və Binəqədi Rayon İcra və probasiya şöbəsi tərəfindən icra edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-173/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qətnaməsi qanuni qüvvəsini almış və qətnamənin icrası ilə bağlı 209845/2020-1-30-016 nömrəli icra işi xx.xx.2021-ci il (xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən) tarixdən etibarən hazırkı vaxtadək ərzi aidiyyəti məsələləri ilə əlaqədar Nərimanov, Binəqədi və Xətai icra qurumlarının icraatında oluşdur. Hal-hazırda həmin icra işi Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Umarovun icraatındadır. Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəsini almış 2(005)-173/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qətnamənin icrası ilə bağlı 209845/2020-1-30-016 nömrəli icra işi materialları xx.xx.2021-ci il tarixdən etibarən bu günədək aşağıdakı sənədlərdən ibarətdir: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 173/2020 nömrəli icra vərəqəsi, Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında Qərarı, Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişi, xx.xx.2024-cü il tarixli Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin "xxxx" MMC-nin direktoru Elman Abasova xəbərdarlıq məktubu, xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin direktoru X8 Rayon İcra Şöbəsində (tələbkarlara olan borcun bu günədək ödənilməməsini özündə əks etdirən) vermiş olduğu izahat, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin faktiki olduğu yerin ofisinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr 23 prospektində yerləşən "AMAY" Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşməsi barədə Nərimanov Rayon İcra Şöbəsinə ünvanladığı məktub, xx.xx.2024-cü il tarixli Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin "xxxx" MMC-nin faktiki olduğu yerin ofisinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr 23 prospektində yerləşən "AMAY" Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşməsini təsdiq edən akti, xx.xx.2024-cü il tarixli Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin "icra sənədinin ərazi aidiyyəti üzrə Xətai Rayon İcra Şöbəsinə göndərilməsi haqqında" Qərarı, xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin direktoru X12 Rayon İcra Şöbəsində (tələbkarlara olan borcun bu günədək ödənilməməsini özündə əks etdirən) vermiş olduğu izahat. Sadalananlardan açıq aşkar görünür ki, sözügedən icra işi üzrə icra məmuru tərəfindən yalnız xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında Qərar, xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş tərtib edilmiş və xx.xx.2024-cü il va xx.xx.2024-cü il tarixlərdə 2 dəfə borclu Xudafərin" MMC-nin direktorundan izahat alınmışdır və 1 dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq edilmişdir. 2021-ci ilin diğer aylarında, 2022-2023-cü illərdə və 2024-cü ilin digər aylarında icra məmurları nə ilə məşğul olmuşlar məlum deyil. Dörd ilə yaxın müddət ərzində Nərimanov, Binəqədi və Xətai icra qurumları tərəfindən 1 xəbərdarlıq, 2 izahat alınmış (o da 3 il 6 aydan sonra). Xüsusilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-173/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 30/78A ünvanda yerləşən Xudafərin" MMC-nə məxsus 283 mənzilli binanın altında yerləşən 36 qaraj üzərinə həbs qoyulsa da, icra məmurları tərəfindən dörd ilə yaxın müddət ərzində həmin əmlakların üzərinə icra hərəkətləri çərçivəsində həbs qoyularaq tələbin borclunun əmlakına yönəldilməsi və hərraca çıxarılaraq satılması istiqamətində heç bir tədbir görülməmişdir. Bu hal özlüyündə absurd bir haldır borclunun məhkəmənin iddianı təmin etmə tədbiri haqqında qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakı olduğu halda 4 ilə yaxın müddət ərzində heç bir icra məmuru borcun tutulmasını borclunun əmlakına yönəltmir. İcra məmuru sadəcə xx.xx.2024- cü il tarixdə borclu "xxxx"MMC-nin direktorundan izahat alarkən sual verir ki: "adınıza rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak varmı? Borclu da cavab verir ki: xeyir". Bununla da icra məmuru kifayətlənmişdir. Bununla əlaqədar 209845/2020-1-30-016 nömrəli icra işi hal-hazırda Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun icraatında olduğundan tərəfimdən xx.xx.2024-cü il tarixli ərizə ilə 209845/2020-1-30-016 nömrəli icra işi üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-173/2020 nömrəli, xx.xx.2020- ci il tarixli Qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 30/78A ünvanda yerləşən Xudafərin" MMC-nə məxsus 283 mənzilli binanın altında yerləşən, üzərinə həbs qoyulmuş 36 qarajın icra tədbirləri çərçivəsində üzərinə həbs qoyularaq, tələbin borclunun əmlakına yönəldilməsi ilə əlaqədar hərraca çıxarılıb satılması barədə aidiyyəti məhkəməyə təqdimat verilməsi barədə müraciət edilmiş və aidiyyəti sənədlər (iddianın təmin etmə tədbiri haqqında Nərimanov Rayon Məhkəməsinin 2(005)-3730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərardadı, həmçinin Binəqədi Rayon İcra va probasiya şöbəsi tərəfindən icra edilmiş 118486/19-15- 10 nömrəli icra işi üzrə İcra vərəqəsi, icraata başlama haqqında qərar, akt, icra olunmuş icra sənədinin icraatına xitam verilməsi haqqında qərar) ərizə ilə birlikdə təqdim edilmişdir. Lakin buna baxmayaraq icra məmuru tərəfindən bu günədək tələbin borclunun əmlakına yönəldilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Göründüyü kimi icra məmurları tərəfindən xx.xx.2021-ci il tarixdən bu günədək sözügedən icra işi üzrə "İcra haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məcburi icra tədbirlərinin heç biri borclu "xxxx" MMC barəsində görülməmiş, həmçinin iddianın təmin etmə tədbiri haqqında Nərimanov Rayon Məhkəməsinin 2(005)-3730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 30/78A ünvanda yerləşən "xxxx" MMC-nə məxsus hündür mərtəbəli 283 mənzilli binanın altında yerləşən və hazırda Xudafərin" MMC-nin balansında olan 36 qaraj üzərinə həbs qoyulsa da icra məmurları icra tədbirləri çərçivəsində tələbin həmin əmlaklara yönəldilməsi istiqamətində heç bir tədbir görməmişlər, ona görə də şikayət tam təmin edilməlidir. Sonda Vəkil şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən icra məmuru Vidadi Mahmudov izahatında bildirmişdir ki, iş Nərimanov icra şöbəsindən göndərilib, işi bir dəfə aidiyyət ilə göndəriblər, sonradan yenidən onlara qayıdıb, borclu müəssisənin ofisi Xətai rayonunda yerləşdiyinə görə icraata götürülüb, müəssisənin direktoru özü də ərizə verib ki, ofisləri Xətaidə AMAY ticarət mərkəzində yerləşir, həmçinin akt da var ki, borculun ofisi AMAY ticarət mərkəzində yerləşir, hazırda iş onların icraatındadır, icra tədbirləri həyata keçirilir, borclu "xxxx" MMC-nin direktorunun izahatı alınıb və barəsində inzibati protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilib. X11 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İcra məmuru və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçilərin nümayəndə-vəkilinin izahatını dinləyərək, şikayəti və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 173/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Borclu MMC-dən 10925 manat və 6120 ABŞ dolları X3, 10289 manat vıə 6120 ABŞ dolları X1 xeyrinə tutulmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-173/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, tələbin könüllü icrası barədə bildiriş Elman Abasov tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarından görünür ki, Borclu MMC tərəfindən Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubda Borclu MMC-nin hüquqi ünvanı ünvan 4i, Xətai rayonu, 8 noyabr 23 prospektində yerləşən "xxxx" Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşdiyi qeyd olunmuşdur. İş materiallarından görünür ki, Nərimanov rayon icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli Akt tərtib edilməklə Borclu MMC-nin ofisinin "xxxx" Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşdiyi və MMC-nin rəhbəri Elman Abasov tərəfindən şöbəyə rəsmi məktub göndərildiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, X9 xx.xx.2024-cü il taridə Nərimanov rayon icra şöbəsində verdiyi izahatda icra sənədlərindən xəbərsiz olduğunu, 2022-ci ilin oktyabr ayından direktor təyin olunduğunu, MMC-nin balansında borcu ödəmək üçün elə bir əmlak olmadığını bildirmişdir İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla 2(005)-173/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi Bakı şəhəri Nərimanov rayon icra şöbəsindən Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla 2(005)-173/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi Bakı şəhəri Xətai rayon icra şöbəsindən Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla 2(005)-173/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi Bakı şəhəri Xətai rayon icra şöbəsindən Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Borclu MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Borclu MMC-nin faktiki olaraq ünvan 5 ünvanda fəaliyyət göstərdiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, X9 xx.xx.2024-cü il taridə Xətai rayon icra şöbəsində verdiyi izahatda 2022-ci ilin oktyabr ayından Borclu MMC-nin rəhbəri təyin olunduğunu, keçmiş rəhbərin İlham Məhərrəmov olduğunu və onun Binəqədi rayonu, Atatürk prospekti 3078A məhəlləsində yerləşən qarajları satdığını, qarajlar barəsində müqavilə və maliyyə arayışı verildiyini, Borclu MMC-nin hər hansı əmlakı və ya gəliri olmadığını, qeyd olunan məhkəmə qərarlarının alternativ həlli kimi AMAY ticarət mərkəzindən çıxarışlı yer verilməsinin mümkün olduğunu, Borclu MMC-nin hüquqi ünvanının Gəncilk Metrosunun qarşısı, faktiki ünvanının isə Xətaidə yerləşən AMAY ticarət mərkəzi olduğunu bildirmişdir. İş materillarında olan sənədlərdən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə barəsində inzibai protokol tərtib olunması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3730/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 30/78a da yerləşən Borclu MMCyə məxsus hündür mərtəbəli 283 mənzilli binanın altında yerləşən və hazırda Borclu MMC-nin balansında olan 36 qaraj üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, Borclu MMC-nə və Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Nərimanov rayon icra şöbəsinin məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3730/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi əmlak Binəqədi rayonu ərazisində yerləşdiyinə görə Binəqədi icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3730/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş “Məhərrəmov” tərəfindən imza edilməklə alınmışdır. İş materiallarında olan Xətai rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-173/2020 saylı xx.xx.2020-ci tarixli icra sənədinə əsasən Borclu MMC-dən 10925 manat və ABŞ dolları X3, 10289 manat və 6120 ABŞ dolları X1 xeyrinə tutulmalıdır. Sözügedən icra sənədi borclu hüquqi şəxsin Xətai rayon Nobel pr. 23. ünvanında yerləşməsi səbəbindən xx.xx.2021-ci il tarixdə ərazi aidiyyəti üzrə Nərimanov rayon icra şöbəsindən daxil olmuş həmin tarixli bildiriş borclunun ünvanına göndərilmişdir (X13 hazırda Notarius). Qeyd olunan ünvanda Hüquqi şəxs fəaliyyət göstərməməsi səbəbindən icra sənədi. xx.xx.2021-ci il tarixdə Nərimanov rayon icra şöbəsinə qaytarılmışdır. Sonradan xx.xx.2021-ci il tarixdə sözügedən icra sənədi Xətai rayon icra şöbəsinin icraatına daxil olsa da (X13 hazırda Notarius), xx.xx.2021-ci il tarixdə icra sənədi ərazi aidiyyəti üzrə yenidən Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə sözügedən icra sənədi yenidən Xətai rayon icra şöbəsinin icraatına daxil olmuş (icra məmuru Vidadi Mahmudov), Nəfimanov rayon icra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icra sənədinin ərazi aidiyyəti üzrəgöndərilməsi” barədə qərarında qeyd edilmiş Xətai rayon Nobel pr. 23 ünvanına bir daha baxış keçirilərək borclu cəmiyyətin orada fəaliyyət göstərmədiyi müəyyən edilərək xx.xx.2023-cü il tarixdə müvafiq akt tərtib edilmiş və MMC-nin ünvan 9 ünvanında qeydiyyatda olması səbəbindən Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. Sonradan Nərimanov rayon icra şöbəsi tərəfindən Borclu MMC-nin Xətai rayonu, Nobel pr.23 ünvanında yerləşən "Bahar A.B” MMC tərəfindən idarə olunan "xxxx" ticarət mərkəzinin 3-cü mərtəbəsində 3 saylı ofisdə fəaliyyət göstərməsi səbəbindən xx.xx.2023-cü il tarixdə icra sənədini Xətai rayon icra şöbəsinə göndərilmişdir (Vidadi Mahmudovun icraatına daxil olmuşdur). İcraat dövründə Borclu MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan cəmiyyətin ünvan 12 ünvanında fəaliyyət göstərməsi müəyyən edilmiş, bu səbəbdən icra sənədi ərazi aidiyyəti üzrə xx.xx.2023-cü il tarixde Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarıdan görünür ki, Borclu MMC-ni hüquqi ünvanı ünvan 13n müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-173/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu MMC-dən 10925 manat və 6120 ABŞ dolları X3, 10289 manat vıə 6120 ABŞ dolları X1 xeyrinə tutulmalıdır, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-173/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır, həmin icra sənədi xx.xx.2023-cü il tarixli “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla Bakı şəhəri Xətai rayon icra şöbəsindən Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə, xx.xx.2023-cü il tarixli qərarla Bakı şəhəri Xətai rayon icra şöbəsindən Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə, xx.xx.2024-cü il tarixli qərar ilə yenidən Bakı şəhəri Nərimanov rayon icra şöbəsindən Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir, Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X5 izahatı alınmış, o, izahatında Xətai rayon icra şöbəsində verdiyi izahatda 2022-ci ilin oktyabr ayından Borclu MMC-nin rəhbəri təyin olunduğunu, keçmiş rəhbərin İlham Məhərrəmov olduğunu və onun Binəqədi rayonu, Atatürk prospekti 3078A məhəlləsində yerləşən qarajları satdığını, qarajlar barəsində müqavilə və maliyyə arayışı verildiyini, Borclu MMC-nin hər hansı əmlakı və ya gəliri olmadığını, qeyd olunan məhkəmə qərarlarının alternativ həlli kimi AMAY ticarət mərkəzindən çıxarışlı yer verilməsinin mümkün olduğunu, Borclu MMC-nin hüquqi ünvanının Gəncilk Metrosunun qarşısı, faktiki ünvanının isə Xətaidə yerləşən AMAY ticarət mərkəzi olduğunu bildirmişdir, o, həmçinin xx.xx.2024-cü il tarixdə barəsində inzibai protokol tərtib olunması barədə xəbərdarlıq edilmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3730/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 30/78a da yerləşən Borclu MMC-yə məxsus hündür mərtəbəli 283 mənzilli binanın altında yerləşən və hazırda Borclu MMC-nin balansında olan 36 qaraj üzərinə həbs qoyulmuş, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, Borclu MMC-nə və Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, üzərinə həbs qoyulmuş daşınmaz əmlak Binəqədi rayonu ərazisində yerləşdiyinə görə icra sənədi Binəqədi icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2019-cu il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3730/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş “Məhərrəmov” tərəfindən imza edilməklə alınmışdır. Bununla belə, icra sənədinin icrasının təmin edilməsi məqsədilə tələbin borcluya məxsus olan və üzərinə həbs qoyulmuş əmlaka yönəldilməsini, eləcə də icra məmuru tərəfindən digər icra tədbirlərinin həyat keçirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, əvvəla, Borclu MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, əmlakının yerləşdiyi yer isə Binəqədi rayonu olamsına baxmayaraq Xətai rayon icra şöbəsi icra sənədini icraata qəbul etməklə qanunvericiliyin tələblərini pozmuşdur, ikinisi, icra sənədi Xətai rayon icra şöbəsi tərəfindən icraata qəbul edildikdən sonra onun icrası ilə bağlı məcburi icra tədbiləri həyata keçirilməmiş, o cümlədən tələb borclunu mülkiyyətində olan və üzərinə həbs qoyulmuş əmlaka yönəldilməməklə hərəkətsizliyə yol verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-173/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi ilə bağlı Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 209845/2020-1- 30-016 nömrəli icra işi üzrə İcra məmuru Vidadi Mahmudovun hərəkətsizliyi qanunsuz hesab edilməli, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-nin barəsində "İcra haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məcburi icra tədbirləri ardıcıl olaraq tətbiq edilməli və borcun Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş və “"xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 30/78A ünvanda yerləşən hündür mərtəbəli 283 mənzilli binanın altında yerləşən 36 qaraja yönəldilməsi üzrə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair digər mövqeyinə görə, şikayət yalnız yekun məhkəmə qərarının uzun müddət icra edilməməsinə aid olsa belə, Məhkəmə həmin məhkəmə qərarının çıxarılması ilə nəticələnmiş «məhkəmə araşdırmasına» 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsini araşdırmalıdır, çünki məhkəmədən sonra qərarın icra prosesi «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır (Kanayev Rusiyaya qarşı, ərizə № 43726/02, § 19, 27 iyul 2006-cı il). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 209845/2020-1- 30-016 nömrəli icra işi üzrə İcra şöbəsinin hərəkətləri qanunsuz hesab edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-173/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi ilə bağlı Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatında olan 209845/2020-1-30-016 nömrəli icra işi üzrə icra məmuru Vidadi Mahmudovun hərəkətsizliyi qanunsuz hesab edilsin. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-nin barəsində "İcra haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məcburi icra tədbirləri ardıcıl olaraq tətbiq edilsin. Borcun, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş və “"xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 30/78A ünvanda yerləşən hündür mərtəbəli 283 mənzilli binanın altında yerləşən 36 qaraja yönəldilməsi üzrə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülsün. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar