Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-866/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Borclu iştirakı ilə, Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov məhkəməyə təqdimatla müraciət edərək, Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3485/2020-008 nömrəli, 18 avqust 2020-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və Borclu övladları – 12 avqust 2010-cu il təvəllüdlü X2 və özlərinə məxsus əşyaları (boşqablar irili xırdalı-107 ədəd, boşqab qutuda -8 ədəd, bulud qab-5 ədəd, vaza-4 ədəd, 23 ədəd çay stəkanı, 16 ədəd araq stəkanı, kasa- 35 ədəd, çiyid qabı- 11 ədəd, mürəbbə qabı-8 ədəd, qazan -10 ədəd, tava-4 ədəd, ət çəkən maşın- 1 ədəd, şirə çəkən maşın- 1 ədad, kofe şəkən maşın-1 adəd, düyü çəkən maşın-1 ədəd, çərəz qabı-3 ədəd, nəlbəki -24 ədəd, qaşıq-çəngəl 1 qutu, bıçaq 1 qutu, qaşıq 47 ədəd, çəngəl- 12 ədəd, tort qabı-1 ədəd, rozetka-11 ədəd, podnos-7 ədəd, çörək sobası-1 ədəd, paltaryuyan maşın 1 ədəd, ütü- 1 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, qorka 1 ədəd (69 qabla birlikdə), yorğan 4 ədəd, döşək 2 ədəd, balış 6 ədəd) ilə birlikdə iddiaçı Tələbkar xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 36 saylı mənzildən çıxarılmalıdır. İcra sənədi 04 noyabr 2020-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. 26 iyul 2024-cü il tarixdə icra sənədinin icrası ilə bağlı təyinat tələbkar tərəfin qeydiyyatda olduğu ünvanda təyin olunmuş, tərəflər rəsmi qaydada xəbərdarlıq olunmuş, lakin Borclu sözügedən ünvana gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə borclunun izahatını dinləyərək, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3485/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər X1 və Borclu övladları – 12 avqust 2010-cu il təvəllüdlü X2 və özlərinə məxsus əşyaları (boşqablar irili xırdalı-107 ədəd, boşqab qutuda -8 ədəd, bulud qab-5 ədəd, vaza-4 ədəd, 23 ədəd çay stəkanı, 16 ədəd araq stəkanı, kasa- 35 ədəd, çiyid qabı- 11 ədəd, mürəbbə qabı-8 ədəd, qazan -10 ədəd, tava-4 ədəd, ət çəkən maşın- 1 ədəd, şirə çəkən maşın- 1 ədad, kofe şəkən maşın-1 adəd, düyü çəkən maşın-1 ədəd, çərəz qabı-3 ədəd, nəlbəki -24 ədəd, qaşıq-çəngəl 1 qutu, bıçaq 1 qutu, qaşıq 47 ədəd, çəngəl-12 ədəd, tort qabı-1 ədəd, rozetka-11 ədəd, podnos-7 ədəd, çörək sobası-1 ədəd, paltaryuyan maşın 1 ədəd, ütü- 1 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, qorka 1 ədəd (69 qabla birlikdə), yorğan 4 ədəd, döşək 2 ədəd, balış 6 ədəd) ilə birlikdə iddiaçı Tələbkar xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 36 saylı mənzildən çıxarılmaları qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, Borclu məhkəmənin çağırışı üzrə məhkəmə iclasına gəldiyindən, onun məcburi gətirilməsinə zərurət aradan qalxdığından, borclunun Xətai rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimat rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun – Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsinə dair təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-866/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-866/2024
03.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver