Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-867/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Tələbkarın nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova - icra sənədi üzrə Borclu məxsus “MİTSUBİSHİ PAJERO" minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-6153/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 610 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC nin xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri .Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbuj olunaraq,surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “MİTSUBİSHİ PAJERO" minik markalı **-KF-***-dövlət qeydiyyat nişanlı avtomobili vardır. icra sənədi üzrə borcdan ödəniş edilməmişdir. Həmçinin ümumi məbləğin 7% icra ödənişi ödənilməlidir. Tələbkarın nümayəndəsi X3 məhkəmə iclasında təqdimatın məzmununa uyğun izahat verərək, təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən tələbkarın nümayəndəsi təqdimatın rədd edilməməsini xahiş etdi. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat rədd edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu 610 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC nin xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6153/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlamış və xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun icra sənədindəki ünvanına göndərilmişdir. Lakin həmin bildirişin borclu tərəfindən əldə edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda “MİTSUBİSHİ PAJERO" minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin borcluya məxsus olmasının müəyyən edilməsi məqsədilə “Elektron Məhkəmə” X1 sorğu göndərilmiş, lakin borclunun mülkiyyətində hər hansı əmlakın olmadığı müəyyən edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinin siyahısan daxil edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsi ilə məcburi icra tədbirlərinin tətbiqinin əsasları müəyyən edilmişdir. Belə ki, məcburi icra tədbirinin tətbiqi üçün bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədi icra məmuruna təqdim olunmalı, icra məmurutərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməli və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. “İcra haqqında Qanunun 44.2-ci maddəsinə əsasən isə yuxarıda qeyd edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir Göründüyü kimi, “MİTSUBİSHİ PAJERO" minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsus deyil. . Belə olan halda məhkəmə hazırkı təqdimata əsasən məcburi icra tədbirinin tətbiq edilməsi üçün “İcra haqqında” Qanunla müəyyən edilmiş əsasların mövcud olmadığı qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu məxsus olan əmlakın üzərinə həbsin qoyulmasına dair təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra sənədi üzrə Borclua məxsus olan “MİTSUBİSHİ PAJERO" minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan işdə iştirak edən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-867/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-867/2023
13.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver