Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-868/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi Tələbkar ABC-Telecom MMC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus VAZ 21074 minik markalı ** KY *** qeydiyyat nişanlı və Mitsubishi Pajero minik markalı ** CP *** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4199/2022 nömrəli icra sənədinə əsasən Borclu 995 manat pul vəsaiti tutularaq tələbkar ABC-Telecom MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş və icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə aidiyyəti təşkilatlara elektron sistem vasitəsilə sorğular göndərilmişdir. Belə ki, elektron icra informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus VAZ 21074 minik markalı ** KY *** qeydiyyat nişanlı və Mitsubishi Pajero minik markalı ** CP *** qeydiyyat nişanlı avtomobillər aşkar olunmuşdur. Ona görə də Borclu məxsus VAZ 21074 minik markalı ** KY *** qeydiyyat nişanlı və Mitsubishi Pajero minik markalı ** CP *** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında tələbkar ABC-Telecom MMC-nin nümayəndəsi X2 təqdimatın məzmununa uyğun izahat verərək Borclu məxsus VAZ 21074 minik markalı ** KY *** qeydiyyat nişanlı və Mitsubishi Pajero minik markalı ** CP *** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Elektron icra sistemindən çıxarışdan müəyyən olunur ki, VAZ 21074 minik markalı ** KY *** qeydiyyat nişanlı və Mitsubishi Pajero minik markalı ** CP *** qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyatdan keçmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İstinad olunan normalardan müəyyən olunur ki, əmlakın üzərinə həbs qoyulması üçün məhkəmə qərarının olması tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Borclu qanuni qüvvəsini almış məhkəmə aktını könüllü olaraq icra etməmişdir. Qeyd olunan əsasən məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyi halda icra məmuru İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən səlahiyyətlərindən istifadə etməklə icra sənədinin icrasını təmin etməli olduğundan təqdimat təmin edilərək Borclu məxsus VAZ 21074 minik markalı ** KY *** qeydiyyat nişanlı və Mitsubishi Pajero minik markalı ** CP *** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus VAZ 21074 minik markalı ** KY *** qeydiyyat nişanlı və Mitsubishi Pajero minik markalı ** CP *** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №8(011)-868/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-868/2022
21.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver