Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-871/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş borclunun əmlakı üzərinə həbsin qoyulması haqqında təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova “borclunun əmlakı üzərinə həbsin qoyulması” barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bundan sonra Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru məktubla məhkəməyə müraciət edərək təqdimatın baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməməsini məhkəmədən xahiş etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova “borclunun əmlakı üzərinə həbsin qoyulması” barədə təqdimatla müraciət etsə də, sonradan məktubla məhkəməyə müraciət edərək borcun tam şəkildə ödənilməsini əsas gətirməklə, təqdimata baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bununla bağlı olaraq təqdimatın baxılmasına ehtiyac qalmadığından Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 13, 152.1.9-cu maddəsinə əsasən Q ə r a r a a l d ı m: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş “borclunun əmlakı üzərinə həbsin qoyulması” barədə təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-871/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-871/2023
13.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver