Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-872/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Samirə Məşədiyeva tərəfindən verilmiş borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Samirə Məşədiyeva təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığım Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-88/2023-026 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1972-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan cavabdeh Borclu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci Kvartal, 127 “Q” nömrəli sahədə ayrılmış 300 kv.m torpaq sahəsində yerləşən 4 yaşayış otağı, 1 mətbəx, sanitar qovşağı olan və 2 yaşayış otağı, 1 mətbəxdən ibarət fərdi yaşayış evlərində iddiaçı tərəfindən çəkilmiş təmir xərclərinə görə 40000 manat məbləğində pul vəsaiti iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 220 (iki yüz iyirmi) manat dövlət rüsumunun 67 %, yəni 147,4 (bir yüz qırx yeddi manat qırx qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 33 %, yəni 72,6 (yetmiş iki manat altmış qəpik) manat iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Elektron icra sistemindən çıxarışa əsasən borcluya məxsus əmlak aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə qərar və bildiriş Borclu tərəfindən qəbul edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Təqdimatda Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tələbkarın nümayəndəsinin və icra məmurunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarında olan Xətai rayon İcra şöbəsinə ünvanlanmış 02 noyabr 2023-cü il tarixli, 2(011)-88/2023 saylı məktubun surətindən görünür ki, 2(011)-88/2023 nömrəli qətnaməsindən cavabdeh Borclu nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin məktub 04 noyabr 2023-cü il tarixdə Xətai rayon İcra şöbəsi tərəfindən təhvil alınmışdır. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi borclu tərəfindən mübahisələndirildiyindən, Borclu nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildiyindən qətnamənin icrası qaydasında verilmiş təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Samirə Məşədiyeva tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-872/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-872/2023
13.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver