Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-873/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbduov Orxan Elşən oğlunun katibliyi, X1, Tələbkar iştirakları ilə, X1 məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə ondan tutularaq Tələbkar ödənilməli olan 9220 manat vəsaitin 2220 manat hissəsinin dərhal ödənilməklə, qalan 7000 manatının hissəsinin icrasına 3 ay müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ondan 9220 manat məbləğndə pul vəsaitinin alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Qeyd olunan vəsait birgə nigah dövründə ipoteka krediti ilə əldə olunan mənzilin ödənişlərinin 50%-nin keçmiş həyat yoldaşına ödənilməsi ilə bağlıdır.Ərizəçi bildirir ki, qeyd olunan qətnaməni tam qəbul edir və qətnamənin icrasından imtina etmir. Məhz bu səbəbdən də qeyd olunan məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Lakin, məhkəmə qətnaməsi icraya yönəldikdən sonra qarşı tərəf Tələbkar məhkəmə qətnaməsinin dərhal və tam icra olunmasını tələb edir. Dəfələrlə Tələbkar təkliflər vermişdir ki, 9220 manat məbləğini hissə-hissə ödəsin və ya bank hesabı açılsın və həmin hesaba ödənişlər edə, Tələbkar heç bir təkliflərini qəbul etməmişdir. Tələbkar onun keçmiş həyat yoldaşıdır və nikah ləğv olunduqdan sonra məhkəmə qətnaməsinə əsasən ərizəçi övladlarının saxlanılması üçün hər ay 490 manat məbləğində aliment ödəyir. Ərizəçi qeyd edir ki, o Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ Rayon İdarəsində baş gizir rütbəsində xidmətdə olmaqla növbətçi vəzifəsində işləyir. Aylıq əmək haqqı 1378 manat təkil edir ki, bu əmək haqqından da mən hər 490 manat məbləğində aliment ödəyir, 171 manat məbləğində ipoteka ödənişi edir və 450 manat məbləğində lizinq şirkətlərindən birində girovda olan avtomobilə görə ödənişlər edir. Başqa bir gəlir mənbəyi yoxdur. Göründüyü kimi adi riyazi hesablamalardan da əks olunur ki, aylıq əmək haqqının yalnız 267 manat hissəsi onun şəxsi ehtiyaclarının ödənilməsi üçün qalır. Göründüyü kimi özü də çox çətin bir maddi durumdadır. Lakin buna baxmayaraq yenə də dəfələrlə Tələbkar qətnamə ilə təsdiq olunan 9220 manat məbləğində vəsaitin hissə-hissə ödənilməsinə dair təkliflər vermişdir. Qeyd olunanlara əsasən də icra məmuru tam əsaslı olaraq və qətnamə üzrə tələbkar olan Tələbkar tələblərini də nəzərə alaraq ondan qətnamənin tam və dərhal ödənilməsini tələb edir. Lakin, bütün qeyd olunanlara baxmayaraq hesab edir ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun öz vəzifələrini icra etmək istəsə də, insan hüquqları sahəsində digər qanunvericilik aktlarının da tələblərini nəzərə almalıdır. Ərizəçinin 9220 manat məbləğində pul vəsaitini ödəmək üçün yalnız bir yolu var ki, mülkiyyətində olan mənzili satıb və Tələbkar ödəməli olduğu vəsaiti ödəsin. Bunun üçün də ona müəyyən vaxt lazımdır. Tələbkar birgə nigah dövründə ipotekaya ödənilən vəsaitin ona ödənilməsini tələb etsə də hələ də onu mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışdır. Bu fakt da mənzilin tezliklə satılmasını çətinləşdirir. Çünki, Tələbkar qərəzli olaraq mənzildən qeydiyyatdan çıxmır. Yuxarıda qeyd olunanlara əsasən və qətnamə üzrə tələbkar olan Tələbkar qərəzli münasibətinə baxmayaraq ərizəçi təklif edir ki, 9220 manat məbləğində vəsaitin 2220 manat hissəsini dərhal ödəməklə ona qətnamə üzrə qalan 7000 manat hissəsinin icrasına 3 ay müddətində möhlət verilsin. X2 məhkəmə iclasında ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar Elbruz qızı məhkəmə iclasında ərizəyə etiraz edərək, icra sənədi ilə tələb edilən pulun hissə-hissə deyil, bütöv şəklində borcludan tutulmasını və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin icra məmuru məhkəmə iclasına gəlməmiş və bu məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırda isə tələbkar icra sənədi üzrə tələb edilən pul vəsaitinin ödənilməsinə möhlət verilməsinə, habelə hissə-hissə ödənilməsinə etiraz etmişdir. Belə olan halda ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-873/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-873/2024
06.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver