Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-874/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Tələbkarın nümayəndəsi X5, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudovun iştirakı ilə X1 “icra məmurunun hərəkətsizliyi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X7 şikayətlə məhkəməyə müraciət edərək, borclunun vurduğu maddi ziyanı və bu müddət ərzində çəkdiyi mənəvi əzabları nəzərə alaraq tələbkara köməklik göstərilməsi, barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkarla Borclu MMC arasında bağlanan müqavilənin ləğv olunub Borclu MMC-nə ödənilən pulun geri qaytarılmasına dair xx.xx.2021-ci il tarixli qərar icra olunmamışdır. Beləki, icraçı X17 tələbkara bir mənalı olaraq bildirib ki, Borclu MMC müflis olmuş və hesabında heç bir məbləğ yoxdur. Borclu MMC-nin sədri Rauf Allahverdiyev hüquqi şəxsdir və ona heç bir inzibati cəza vermək olmaz. Belə halları nizamlamaq üçün müvafiq qərarlarlar qəbul edilməmişdir. Bu səbədən ya bu işdən keçin yada qeyri-müəyyən müddətə gözləyin. Tələbkar Milli Məclisə müraciətinnən sonra işin icrası Vidadi Mahmudova tapşırılıb. xx.xx.2021-ci il tarixdən Vidadi Mahmudovla dəfələrlə əlaqə saxlamış və hər dəfəsində borclunu tapa bilmədiyini bildirmişdir. Tələbkar “102” qaynar xəttinin köməyi ilə borclu X9 Mahmudova təqdim etdirmişdir. xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə Borclu MMC-ni 3000 manat məbləğində cərimələnib. Təəsüf ki, Vidadi Mahmudovun bu qərarınında heç bir nəticəsi olmamışdır. Tələbkarın özü borclu ilə müəyyən güzəştlər haqqında söhbət etdikdə o, tələbkara bildirmişdir ki, pulun bir hissəsini icraçılara və digər orqanlara vermiş və bu səbəbdən tələbkara borcunu qaytarmayacaq. Tələbkarın nümayəndəsi X8 məhkəmə iclasında şikayəti müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudov məhkəmə iclasında şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Borclu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağrılsa da, lakin o, məhkəmədə iştirak etməmişdir Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Buna görə də şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan icra işindən görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icaata başlamaq haqqında qərarına əsasən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(11)-1995/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya könüllü icra barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-106830\20 nömrəli göndərilən məktubundan görünür ki, “Elektron icra” sistemi vasitəsi ilə Borclu MMC məxsus əmlakların yoxlanılması üçün müvafiq orqanlara sorğu edilmiş, borcluya məxsus bank hesabları aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə Borclu MMC-nə məxsus hər-hansı bir əmlakın olub-olmaması ilə bağlı müvafiq bank və dövlət orqanlarına sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir əmlak və ya bank hesabı aşkar edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1995/2021- 009 nömrəli, xx.xx.2021-ci tarixli icra sənədinin icrası ilə əlaqədər ünvan 1 ünvanında qeydiyyatda olan X3 Xətai rayon İcra Şöbəsinə məcburi gətirilməsinə dair göstəriş verilməsi barədə Azərbaycan Respublikası DİN-nin Şəki rayon Polis İdarəsinə xx.xx.2021-ci il tarixli xx/xx-106830/19 nömrəli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Şəki rayon Polis Şöbəsinin Bakı şəhəri Xətai rayon İcra şəbəsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli, 189-19384-121 nömrəli məktubuna əsasən, X2 şəhəri, N.Nərimanov küçəsi, ev 136 A ünvanında qeydiyyatda olsada, halhazırda həmin ünvanda yaşamadığı və X3 məcburi qaydada Xətai rayonu İcra Şöbəsinə gətirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Şəki şəhəri “Dağdibi” məhəlləsinin 280 nömrəli arayışına əsasən X3 Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 136 A ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Daha sonra icra sənədini icrası məqsədi ilə Borclu MMC-nin hüquqi ünvanına baxış keçirilmiş, lakin Borclu MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 2 ünvanında fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” sistemindən çıxarışa əsasən Borclu MMC-nin vergi hesabının fəaliyyəti müvəqqəti dayandırılmışdır. Sözu gedən müvafiq icra sənədi ilə əlaqədər olaraq Borclu MMC rəhbəri X3 yaşayış yeri məlum olmadığından axtarış barədə qərar qəbul edilərək icra olunması üçün xx.xx.2021-ci tarixdə Şəki Şəhər-Rayon Polis İdarəsinə göndərilmişdir. Həmçinin Borclu MMC-nin rəhbəri X6 barəsində axtarış işinin açılıb-açılmaması barədə xx.xx.2022-ci il tarixdə Şəki Şəhər-Rayon Polis İdarəsinə göndərilmişdir. Borclu MMCnin rəhbəri X6 xx.xx.2022-ci tarixdə şöbəyə könüllü olaraq gəlmiş və izahatında, icra sənədi üzrə maddi imkanı olmadından ödəniş edə bilmədiyini, lakin hər ay 200 manat məbləğində ödəniş edərək bağlayacığını bildirmişdir. Daha sonra Borclu MMC-nin rəhbəri X6 tərəfindən icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra edilmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsini rəhbər tutaraq xx.xx.2022-ci tarixli, MN № ******* nömrəli protokol ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1813/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Borclu MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3000 manat məbləğində cərimə edilmişdir. Borclu MMC-nin rəhbəri X6 ilə əlaqə saxlanılaraq Xətai Rayon İcra şöbəsinə dəvət olunması bildirilmişdir, lakin borclu şöbəyə gəlməkdən imtina etmişdir. Bununla bağlı axtarış barədə qərar qəbul edilərək icra olunması üçün xx.xx.2022-ci tarixdə Şəki Şəhər-Rayon Polis İdarəsinə göndərilmişdir. Hazırda icra sənədi nəzarətdədir və icra tədbirləri davam etdirilir. Məhkəmə hazırkı məsələ ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd edir: “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Materiallara əlavə edilən sənədlərdən göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13846/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmişdir. İcra sənədi üzrə icra məmuru X10 təyin edilmişdir. İcra məmuru tərəfindən qanunvericiliyə müvafiq qaydada icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, icra sənədi üzrə tələbkara, borcluya və icra sənədini vermiş məhkəməyə məlumat verilmiş və icra sənədi üzrə qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlər görmüşdür. Məhkəmə hesab edir ki, tələbkarın hazırkı şikayəti əsassızdır. İcra məmuru Vidadi Mahmudov icra sənədi üzrə qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlər görmüşdür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayətçi X4 şikayəti əsassız olduğundan, rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 şikayəti təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-874/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-874/2022
21.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver