Məhkəmə qərarları › İş №8(011)-878/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-878/2022

30.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-878/2022 30.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar "xxxx"MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2758/2022 saylı, 06 may 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-2758/2022 saylı, 06 may 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1825 manat və 38.25 manat borc tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 28 iyul 2022-ci il tarixdə icraatında daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Hazırda icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən təqdimatda Borclu Xətai rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardadın çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında tələbkar "xxxx"MMC-nin nümayəndəsi X2 borc məbləğinin hazırki günədək ödənilmədiyini əsas gətirməklə təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə icra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu polis vasitəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 2758/2022 saylı, 06 may 2022-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Borclu 1825 manat və 38.25 manat borcun tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən İcra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Xətai Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Xətai Rayon Polis İdarəsinə tapşırılsın. Qərardan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar