Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-883/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-4710/2021 nömrəli icra sənədinə əsasən xx.xx.2000-ci ildə anadan olmuş, Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 84 saylı evin 86 saylı mənzilində qeydiyyatda olan Borclu 880 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar ABC-Telecom MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş və icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 7973/2021 nömrəli icra sənədinə əsasən Borclu 662 manat məbləğində pul vəsaiti və tutularaq tələbkar Skyelektroniks MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş və icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə aidiyyəti təşkilatlara elektron sistem vasitəsilə sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görə də Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi, məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Təqdimata məhkəmə baxışı zamanı borclunun icra sənədini icra etməməsi öz təsdiqini tapdığından məhkəmə, təqdimatı təmin edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını mümkün hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 84, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.2000-ci ildə anadan olmuş, Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 84 saylı evin 86 saylı mənzilində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №8(011)-883/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-883/2022
28.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver