Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-883/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Borclu məxsus avtomobilin üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-LR- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4257/2022-006 nömrəli, 20 iyul 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 543.80 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədilə Xətai Rayon Məhkəməsinin 8(011)-917/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “Mercedes Benz 190” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. İşdə iştirak edən digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 917/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərara əsasən, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4257/2022-006 nömrəli, 20 iyul 2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. “İcra haqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4257/2022-006 nömrəli, 20 iyul 2022-ci il tarixli icra sənədində göstərilən tələb borclu tərəfindən tam şəkildə icra edildiyindən, həmçinin icra məmuru tərəfindən sözügedən icra sənədinə xitam verildiyindən görülən tədbirin zəruriliyi aradan qalxmışdır. Odur ki, təqdimat təmin edilərək Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-917/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-883/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-883/2023
07.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver