Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-885/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, X11 tərəfindən “Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin (icraçı Ruslan Osmanlı) hərəkətsizliyindən” verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru X6 Bakı Şəhəri Xətəl Rayon Məhkəməsinin 2(011)-1379/2023-027 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədinin icra edilməməsi ilə ələqədar ona dəymiş maddi ziyanın müəyyən edilərək icra məmurundan tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1379/2023-027 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X2 5579,33 manat alınaraq ona verilməlidir. İcrə sənədi üzrə xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru cənab X12 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra işi Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru cənab X6 icraatındadır. X1 icra işi üzrə heç bir ödəniş etməyib. İcra sənədinin hazırki dövrədək icra olmamasının səbəbini icra məmurunun hərəkətsizliyində görür. Belə ki, Bakı şəhəri Xətal rayon Məhkəməsinin 2(011)-1379/2023-027 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X1nun bərəsində məcburi gətirmə, axtarış elan edilməsi, ünvana baxış keçirilməsi və borclunun ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması bərədə ərizələrinin heç birinə baxılmamışdır, icra məmurunun bu hərəkətsizliyi qanunsuzdur və onun hüquqlarının pozulmasına gətirib çıxarır, bu hal icra məmurunun qanunu bilmədikdə və yaxud qəsdən məhkəmə qərarını icra etmək istəmədikdə yaranır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ruslan Osmanlı izahatında bildirdi ki, icra sənədi icra şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qəbul edilmiş, borcluya icra sənədini icra etməsinə dair rəsmi bildiriş göndərilmişdir, borclunun əmlakının axtarılması barədə qərar qəbul edilmiş, eyni zamanda "xxxx" MMC-ə sorğu göndərilərək borclu Ə.İ.Hüseynovun həmin müəssisədə işləyib-işləməməsi barədə müraciət ünvanlanmış, Dövlət Büdcəsinə ödənilməli olan məbləğin bir hissəsinin ödənilməsi təmin edilmişdir, həmçinin borclunun izahatı alınmış, izahatında borcunun hissə-hissə ödəyəcəyini bildirmişdir. Sonda Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ruslan Osmanlı qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Ərizəçi - tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını dinləyərək, ərizəni və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1379/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh X4 5579 (beş min beş yüz yetmiş doqquz) manat 33 (otuz üç) qəpik məbləğində pulun alınaraq iddiaçı X9 ödənilməsi, cavabdeh X2 dövlət rüsumu kimi 75 (yetmiş beş) manat 79 (yetmiş doqquz) qəpik pulun alınaraq Dövlət Büdcəsinə ödənilməsi, cavabdeh X2 ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əli) manat pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul olunmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1379/2023-027 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu İ.Ə.Hüseynov dərhal icranı könüllü olaraq təmin etməsinin təklif edilməsi, icranı könüllü təmin etmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, icra sənədi üzrə borcluya məxsus “Pontiac” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmiş, həmin avtomobilin yerini müəyyən etmək mümkün olmadığından, borclu İ.Ə.Hüseynovun əmlakı barəsində axtarış elan edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli İnkasso sərəncamından görünür ki, borclu İ.Hüseynov tərəfindən Dövlət Büdcəsinə 30,38 manatın ödənilməsi təmin edilmişdir. İş materiallarında olan İ.Hüseynovun izahatından görünür ki, borclu səhhətində problem olduğunu, buna görə birinci qrup əlillik dərəcəsi təyin olunduğunu və heç bir fəaliyyətlə məşğul olmadığını, tək gəlirinin əlilliyə görə aldığı müavinət olduğunu, borcunu həmin müavinətdən hissə-hissə ödəyib qərarı icra edəcəyini bildirmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1379/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X4 5579 (beş min beş yüz yetmiş doqquz) manat 33 (otuz üç) qəpik məbləğində pulun alınaraq iddiaçı X9 ödənilməsi, cavabdeh X2 dövlət rüsumu kimi 75 (yetmiş beş) manat 79 (yetmiş doqquz) qəpik pulun alınaraq Dövlət Büdcəsinə ödənilməsi, cavabdeh X2 ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əli) manat pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir, xx.xx.2023-cü il tarixdə icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədi üzrə tələbin ödənilməsi məqsədilə qərar və “tələbin könüllü icrası haqqında” eyni tarixli Bildirişlə borcluya müraciət olunmuşdur, xx.xx.2023-cü il tarixdə “borclunun əmlakının axtarışı haqqında” qərar qəbul olunmuş, borclunun iş yerinin müəyyən edilməsi ilə bağlı tədbirlər görülmüş, borc məbləğinin bir hissəsinin ödənilməsi təmin edilmiş, borclunun izahatı alınmışdır, eyni zamanda hazırda da icra tədbirləri davam etdirilir. Məhkəmə, şikayətin “icra məmuru tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi” dəlillərinə münasibətdə qeyd edir ki, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra olunması məqsədilə borcluya bildiriş göndərilmiş, borclunun mülkiyyətində olan avtomobilin yerini müəyyən etmək mümkün olmadığından əmlak barəsində axtarış elan edilmişdir, hazırda da icra işi davam etdirilir, icra məmuru R.Osmanlının fəaliyyəti dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onun tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Məhkəmə, ərizəçinin “icra sənədinin icra edilməməsi ilə ələqədar ona dəymiş maddi ziyanın müəyyən edilərək icra məmurundan tutulması” tələbinə münasibətdə qeyd edir ki, şikayət üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən vurulmuş ziyanın ərizəçiyə ödənilməsi tələbi də məhkəmə tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: X8 “Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru X6 Bakı Şəhəri Xətəl Rayon Məhkəməsinin 2(011)-1379/2023-027 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədinin icra edilməməsi ilə ələqədar ona dəymiş maddi ziyanın müəyyən edilərək icra məmurundan tutulması” barədə şikayəti rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-885/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-885/2023
13.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver