Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-889/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3481/2022 saylı, 10 iyun 2022-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X2 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3481/2022-005 nömrəli qərarına əsasən ona Xətai Rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli icra sənədləri təqdim olunmuşdur. Cavabdeh olaraq "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 909 manat ödənilməmiş əsas borc, 90 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 748 manat ödənilməmiş əsas borc, 74 manat cərimə borcu olmaqla ümumi hər iki müqavilə üzrə cəmi 1821 manat borc və 38.21 manat dövlət rüsumu ödəməlidir. Məlumat üçün bildirmişdir ki, çalışdığı yerdən işdən azad olunduqdan sonra yuxarıda qeyd olunan müqavilələr üzrə öhdəliyinin yerdə qalan hissəsini yerinə yetirə bilməmişdir. O, ehtiyatda (təqaüddə) olan hərbi qulluqçu, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranıdır. Aldığı təqaüdün 50% məhkəmə qərarlarına əsasən (aliment və yaşayış sahəsinin əvəzinə kompensasiya) ondan tutulur. Bundan başqa Kapital Bank və Baku Elektroniks MMC-dən aldığı ümumi olaraq 4 kredit müqaviləsi üzrə hər ay təqaüdünün yerdə qalan hissəsindən pul tutulur. Kirayədə qaldığı üçün hər ay kirayə pulu da ödəyir. Yaranan vəziyyətlə əlaqədar olaraq "xxxx" MMC-nin xeyrinə 1821 manat borc və 38.21 manat dövlət rüsumunu, əfsuslar olsun, birdəfəyə ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq, borclu qətnamənin hissə-hissə (aylara bölərək) ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X6 ərizədə borcun hansı məbləğdə hissə-hissə ödənilməsinin göstərilmədiyini qeyd edərək, şirkətin mənafeyinə əsaslanaraq, ərizənin təmin edilməsinə etiraz edərək, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə borclu və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı möhlət verilməsinə dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, X2 tərəfindən ərizədə qeyd edilmiş xüsusatlarla bağlı heç bir sübut əlavə edilmədiyindən, onun tərəfindən ərizədə hissə-hissə ödəniləcək məbləğ göstərilmədiyindən, tələbkar hissə-hissə ödənişin qəbulundan imtina etdiyindən ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-889/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-889/2022
24.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver