Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-89/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2662/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə Borclu 3174 manat və 51845 ABŞ dolları məbləğində pul vəsaitləri tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməli, 05 noyabr 2008ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi 05 noyabr 2008-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində istifadədə olan 12 kv metrdən ibarət qeyri yaşayış binasına yönəldilməli, həmin qeyri-yaşayış sahəsi açıq həraccda satılmaqla əldə olunmuş vəsaiti hesabına 05 noyabr 2008-ci il tarixli müqavilələr üzrə borclar Tələbkar ASC-yə ödənilməli, 02 aprel 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsinin ipotekanın predmetinə yönəldilməsinə, qeyriyaşayış sahəsinin boşaldılmasına və hüquqi xidmətə görə Borclu 2000 manat tutulmasına dair hissədə Tələbkar ASC-nin iddia tələbi təmin edilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Qeyd olunan ipoteka predmeti xx.xx.2011-ci il tarixli protokoluna əsasən bankın balansına götürülmüşdür. Hal-hazırda qətnamə üzrə 25829 ABŞ və 16 manat borcu qalmaqdadır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2662/2010 nömrəli, Borclu 3174 manat və 51845 ABŞ dolları məbləğində pul vəsaitləri tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir. Göründüyü kimi, borclu icra sənədi üzrə öhdəliyini tam təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirləri bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi əsasları olduqda tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclu icra sənədini könüllü icra üçün müəyyən edilmiş vaxtda icra etmədiyindən icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1971-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-89/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-89/2025
05.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver